Ukraynalı deputat: "Seçkilərdə hər hansı qanun pozuntuları müşahidə etmədik"
"Seçkilər zamanı hər hansı qanun pozuntuları, yaxud seçkiyə hər hansı kənar müdaxilənin şahidi olmamışıq". Bunu Ukrayna -Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Maksim Kuryaçiy Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı təşkil olunan mətbuat konfransında deyib. Seçkilərin sadə və şəffaf şəkildə keçirildiyini bildirən M. Kuryaçiy qeyd edib ki, səsvermə demokratik prinsiplərə uyğundur.
11 Aprel 2018 20:19 Siyasət"Seçkilər zamanı hər hansı qanun pozuntuları, yaxud seçkiyə hər hansı kənar müdaxilənin şahidi olmamışıq". Bunu Ukrayna -Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Maksim Kuryaçiy Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı təşkil olunan mətbuat konfransında deyib. Seçkilərin sadə və şəffaf şəkildə keçirildiyini bildirən M. Kuryaçiy qeyd edib ki, səsvermə demokratik prinsiplərə uyğundur.
Seçici fəallığının yüksək olduğunu söyləyən ukraynalı parlamentari seçki məntəqələrində veb-kameralarının quraşdırılmasını müsbət hal kimi qiymətləndirib. O əlavə edib ki, Azərbaycan Ukraynanın strateji tərəfdaşıdır. Apa.az