Siyasət

Səfir: "Dağlıq Qarabağ münaqişəsinin həllinin azərbaycanlılar üçün çox vacib olduğunu Vaşinqtonun diqqətinə çatdırmışıq"

30 Mart 2018 11:36

“Səfir olduğum dövrdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı göstərdiyim səylər barədə onu demək istəyirəm ki, biz rəsmi Vaşinqtonu burada olan vəziyyət barədə mütəmadi məlumatlandırmışıq”. Məlumata görə, bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta “Amerikanın səsi” radiosuna müsahibəsində deyib.

Əflatun Amaşov: "Məqsədləri cəmiyyətdə bölücülük yaratmaq, vətəndaşlar arasında münasibətləri pozmaqdır"

30 Mart 2018 11:24

Azərbaycanı tərk edən bir neçə şəxs heç bir əxlaqi prinsipləri gözləmədən qarayaxma ilə məşğuldur. Məlumata görə, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov "İnternet mediada milli-mənəvi dəyərlərin qorunması və neqativ hallara qarşı media həmrəyliyi" mövzusunda keçirilən "dəyirmi masa"da deyib.

Serj Sarkisyan Dağlıq Qarabağ ermənilərini Ermənistana köçürməyə məhkumdur

30 Mart 2018 11:09

Baş vermiş konstitusiya islahatları Ermənistanın prezident üsul-idarəsindən imtina edib, parlament üsul-idarəsinə keçməsi S.Sərkisyan üçün öz hakimiyyətini uzatmağa böyük resurs yaratdı və S.Sərkisyan bu islahatları əvvəlcədən də bu niyyətlə reallaşdırıb. Amma indi vəziyyət artıq S.Sərkisyanın istədiyindən də artıq mürəkkəbləşib. S.Sərkisyanın dövründə daha təhlükəli problem yaranıb; Miqrasiyanın qarşısının alına bilməməsi ölkədə demoqrafik böhran yaradıb. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Hikmət Hacıyev: "2019-2022-ci illər ərzində Azərbaycan Qoşulmama hərəkatına sədrlik edəcək"

30 Mart 2018 11:00

5-6 aprel 2018-ci il tarixində “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransı Bakıda keçiriləcək.

İsmayıl Axundov: "1918-ci il soyqırımı yalnız Azərbaycanda deyil, Cənubi Qafqaz, Türkiyə və İranda da dinc müsəlmanları əhatə edib"

29 Mart 2018 18:24

Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə bu bölgənin türk-müsəlman əhalisinə qarşı etnik təmizləmə, deportasiya və soyqırımı həyata keçiriblər.

Prezident İlham Əliyev akademik Əhəd Yaqubovun 110 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb

29 Mart 2018 18:14

Prezident İlham Əliyev akademik Əhəd Yaqubovun 110 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. 2018-ci ilin may ayında görkəmli Azərbaycan alimi, iki dəfə SSRİ Dövlət mükafatı laureatı, geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Əhəd Ələkbər oğlu Yaqubovun anadan olmasının 110 illiyi tamam olur.