Siyasət
Azərbaycanda “Elm günü” təsis edildi
Bakıda təqribən 150-yə yaxın hündürmərtəbəli bina tikiləcək
"Bakı şəhərində təqribən 150-yə yaxın hündürmərtəbəli binanın tikintisi nəzərdə tutulur". Bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib. "Sosial məsələlərin həllinə gəldikdə, qeyd etməliyəm ki, birinci rübdə maaşlar və pensiyalar artırıldı. Bu məqsədlər üçün dövlət büdcəmizdən yüz milyonlarla manat vəsait ayrıldı. Bu addım bir daha onu göstərir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. İmkan yarandıqca biz dərhal birinci addımı sosial istiqamətdə atdıq.
Ağsuda Aprel şəhidlərinə həsr olunan tədbir
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Ağsu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Rayon Heydər Əliyev Mərkəzində Aprel zəfərinin ikinci ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirdən öncə iştirakçılar Ağsu rayon Bico kəndində Aprel şəhidi Toğrul Fərəczadənin məzarını ziyarət ediblər. Şəhidin ailə üzvlərinin, rayon ictimaiyyəti nümayəndələrinin, Qarabağ və Böyük Vətən müharibəsu döyüşçülərinin, kənd sakinlərinin, yerli məktəblilər və müəllimlərin iştirakı ilə T.Fərəczadənin yaşadığı evin qarşısında toplantı keçirilib.
Prezident İlham Əliyev Gənclər Fonduna 3 milyon manat ayırıb
Prezident İlham Əliyev Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Prezident İlham Əliyev 13 rayonda içməli su ilə təminatının yaxşılaşdırılmasına 12,5 milyon manat ayırıb
Prezident İlham Əliyev əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Dünyanın aparıcı KİV nümayəndələri Azərbaycanda seçkiləri müşahidə edəcəklər
Türk Şurasının nümayəndə heyəti MSK-da olub
Bu gün Türk Şurası baş katibinin müavini Ömər Kocamanın rəhbərlik etdiyi nümayəndə heyəti Mərkəzi Seçki Komissiyasında (MSK) olub.
Ermənistanın yeni prezidentinə cavab - Elə danışmasaydı, kütlə onu qovardı
Bu gün Yerevandakı Karen Dəmirçiyan adına İdman Konsert Kompleksində Ermənistanın yeni prezidenti Armen Sarkisyanın andiçmə mərasimi keçirilib. Çıxışı zamanı A.Sarkisyan Qarabağla bağlıda açıqlama verib: “Qoy heç kəsin şübhəsi olmasın ki, Qarabağın arxasında Ermənistan dayanır və bu məsələnin ədalətli həlli üçün bu gün də, sabah da mübarizə aparacaq”.
Elmar Məmmədyarov ŞƏT-in baş katibi ilə görüşüb
Xarici işlər naziri Elmar Məmmədyarov Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Rəşid Alimovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Prezident İlham Əliyev "Elm günü"nün təsis edilməsi haqqında sərəncam imzalayıb
Prezident İlham Əliyev Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında sərəncam imzalayıb.
Dövlət başçısı: “İslahatlar davam etdiriləcək”
“2018-ci ildə də islahatlar davam etdiriləcək, ölkədə biznes və sahibkarlıq mühiti yaxşılaşdırılacaq, kənd təsərrüfatı və qeyr-neft sektoru daha da inkişaf etdiriləcək”. Məlumata görə, bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun nitqində deyib. Dövlət başçısı ərzaq təhlükəsizliyinin təmin olunması, aqro parkların yaradılması, kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafının əhəmiyyətini vurğulayıb.
Azərbaycan prezidenti: “İlin birinci rübündə ölkəmizə 3,5 milyard dollar sərmayə qoyulub”
“İlin birinci rübündə də Azərbaycan iqtisadiyyatı artıb”. Məlumata görə, bunu bu gün Azərbaycan prezidentiİlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
“İqtidar hərislikləri, böyük və güclü olmaq niyyətləri bu qədərmi psixoz hal alıb?” – Amaşovdan SƏRT açıqlama
“Söyüş kampaniyası cəmiyyətin mütərəqqi kəsiminin, xüsusən də media ictimaiyyətinin sərt reaksiyası nəticəsində iflasa uğradı. Lakin bu çirkin işi özünə hobbi, siyasi məqsədlərini gerçəkləşdirməyin yeganə vasitəsi kimi müəyyənləşdirmiş şəxslər yenə də fəaliyyətdədirlər”.
Azərbaycan prezidenti: “Bu ilin birinci rübü uğurlu olub”
“Bu ilin birinci rübü də uğurlu olub. Əminəm ki, ilin sonuna qədər müsbət dinamika saxlanacaq”. Məlumata görə, bunu bu gün Azərbaycan prezidentiİlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.













