Hacıbala Abutalıbov istefa verdi

Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıdakı illərdə artıq yeni vəzifədə çalışacaq. Etibarlı mənbədən daxil olan məlumata görə, ötən gün Abutalıbov Meriyada təhvil-təslim edib.

Onun bu gün təyin olunacaq baş nazirə müavin gedəcəyi iddia olunur.

Qeyd edək ki, Abutalıbov 2000-ci ilin yanvarında 1 il müddətinə Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsində çalışıb. O, 2001-ci ilin yanvarından Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. Yenicag.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31