Prezidentin son fərmanı ölkədə vətənpərvərlik hissini daha da artıracaq
Ölkədə vətənpərvərlik ruhunun artırılması, gənclər arasında milli qəhrəmanlarımız barədə geniş təbliğat işlərinin aparılması istiqamətində görülən işlər, həyata keçirilən tədbirlə sırasında bu qəbildən olan şəxslərə və onların ailə üzvlərinə göstərilən diqqə və qayğı xüsusi önəm kəsb edir.
20 Aprel 2018 15:03 SiyasətBu həm də Ali Baş Komandanın torpaqlarımız uğrunda canlarını fəda edənlərə verdiyi böyük dəyərdir
Ölkədə vətənpərvərlik ruhunun artırılması, gənclər arasında milli qəhrəmanlarımız barədə geniş təbliğat işlərinin aparılması istiqamətində görülən işlər, həyata keçirilən tədbirlə sırasında bu qəbildən olan şəxslərə və onların ailə üzvlərinə göstərilən diqqə və qayğı xüsusi önəm kəsb edir. Sevindirici hal ondan ibarətdir ki, Azərbaycanda bu istiqamətdə son illər ərzində təqdirəlayiq addımlar atılır, dövlət səviyyəsində müntəzəm olaraq qərarlar qəbul edilir. Xüsusilə, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin fəaliyyətindəbu istiqamətdə prioritet təşkil edir. Dövlət başçısının müntəzəm olaraq imzaladığı fərman və sərəncamlar gənclərdə vətənpərvərlik ruhunun daha da yüksəldilməsinə xidmət etməklə yanaşı, eyni zamanda torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda edən igid oğullarımıza, onların ailə üzvlərinə diqqət və qayğının göstəricisi sayıla bilər. Bu günlərdə dövlət bsşçısı qeyd edilən istiqamətdə daha bir önəmli addım ataraq şəhid ailələrinin (ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailələri) sosial müdafiəsinin yaxşılaşdırılması onlara dövlət icbari sığortasının tətbiqi ilə bağlı Fərman imzalayıb. Prezidentin imzalamış olduğu fərman cəmiyyətdə birmənalı olaraq yüksək qiymətləndirilib və hər kəs bu fərmanı təqdir edib. Millət vəkili Vüsal Hüseynov dövlət başçısının imzalamış olduğu fərmanı şərh edərkən deyib ki, 1997-ci il avqustun 2-də qüvvəyə minmiş "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının Qanunu ilə hərbi qulluqçuların həlak olması, itkin düşməsi və ya xəsarət alması zamanı sığorta ödənişlərinin verilməsi ilə bağlı məsələlər həll edilmiş və Qanuna uyğun olaraq sığorta ödənişlərinin verilməsinə başlanılıb: "Cənab Prezidentin bu Fərmanı ilə bu Qanunun qəbul edilməsindən əvvəlki müddətdə ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların ailə üzvlərinədə eyni qaydada dövlət icbari sığorta ödənişləri ödəniləcək. Fərmana əsasən 1997-ci il 2 avqust tarixindən əvvəl Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların (bundan sonra - hərbi qulluqçuların) vərəsələrinə müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə veriləcək". Millət vəkili deyib ki, ödənişlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən veriləcək: "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq edilməklə bu hərbi qulluqçuların siyahısı hazırlanaraq müvafiq internet saytında yerləşdiriləcək. Bu tələb həmdə müraciət edən şəxslər üçün rahatlıq və şəffaflığı təmin edəcək. Bu ödənişi almaq üçün həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələri aşağıdakı sənədləri toplayaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etməlidir. Hərbi qulluqçunun ölümü haqqında şəhadətnamə, hərbi qulluqçunun ölmüş elan edilməsi haqqında məhkəmə qərarı, birdəfəlik ödəməni almaq üçün müraciət etmiş şəxsin vərəsəlik hüququnu təsdiq edən sənəd, birdəfəlik ödəməni almaq üçün müraciət etmiş şəxsin bank hesabı nömrəsinə dair arayış. Sənədləri təqdim etdikdən sonra müraciətin qəbul edilməsi ilə bağlı müvafiq qəbz veriləcək".
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Sevinc Hüseynova isə deyib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanı cəmiyyətimiz tərəfindən rəğbətlə qarşılanır. Millət vəkili bildirib ki, bugünə qədər şəhid ailələrinin mənzillə təminatı, onlara təqaüdlərin verilməsi məsələləri həll olunub. Onun fikrincə, bütün bunlar həmin təbəqəyə xüsusi qayğı göstərildiyinin əyani təsdiqidir. "Şübhəsiz ki, imzalanan Fərmanın əhəmiyyəti çox böyükdür. Bu həm vətənpərvərliyə təsir edir, həm də dövlət qarşısında xidməti olmuş insanların yüksək qiymətləndirilməsi ilə nəticələnir. Fikrimcə, bu sənəd ölkədə vətənpərvərlik ruhuna çox böyük təsir edəcək və yaxşı stimul olacaq. Eyni zamanda, şəhidlərimizə və onların ailələrinə verilən böyük dəyərdir".
Füzuli