Siyasət
Türkiyə hərbçilərinin uniforması dəyişir
“Heç bir şərəfsiz erməni öz xalqına bunun kimi zülm eləməz”- Ekspert rəyləri
Ermənistanın baş naziri Serj Sarkisyan vəzifəsindən istefa verdi. Serj Sarkisyan Ermənistan xalqına müraciətində bildirdi: "Nikol Paşinyan haqlı idi. Mən səhv etdim. Yaranmış vəziyyətdə bir neçə həll yolu var idi, lakin mən heç birinə getməyəcəyəm. Küçə hərəkatı mənim baş nazir vəzifəsində çalışmağıma qarşı idi. Mən sizin tələblərinizi yerinə yetirirəm".
İlham Əliyevdən xəbərdarlıq
Məlum olduğu kimi Azərbaycanda korrupsiyaya qarşı mübarizə məqsədilə genişmiqyaslı tədbirlərə start verilib. Etiraf edilməlidir ki, Azərbaycanda həyata keçirilən korrupsiyaya qarşı mübarizə tədbirləri effekt verməkdədir. Çünki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə genişmiqyaslı olmaqla yanaşı, həm də məqsədli şəkildə aparılır.
Növbədənkənar parlament seçkiləri keçiriləcək?
Dörd vəkilin fəaliyyətinə QADAĞA - QƏRAR
Dünən Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclası keçirilib. Vəkillər Kollegiyasından verilən məlumata görə, iclasda vəkillər barəsində başlanılmış 29 intizam icraatına baxılaraq, peşə borcunun həyata keçirilməsi ilə bağlı qanunvericilik aktlarının tələblərinin, vəkillərin davranış qaydaları haqqında Əsasnamənin, o cümlədən vəkil etikası normalarının pozuntusu əsası ilə 4 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb, 2 vəkilin isə Vəkillər Kollegiyası üzvlüyünə xitam verilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi barədə qərər qəbul olunub, 1 vəkilə irad tutulub.
Azər Həsrət: "Azərbaycan öz müstəqil siyasətini yürütməkdə qərarlıdır"
“ABŞ Dövlət Departamentinin 2017-ci ildə dünya ölkələrində insan haqlarının durumuna dair illik hesabatında Azərbaycanla bağlı əks olunmuş qərəzli iddialarda təəccüblü bir şey yoxdur”. Bunu siyasi şərhçi Azər Həsrət deyib.
Millət vəkili: "Ermənistanda kriminal hakimiyyət şirnikləndirilib"
"Avropa Şurası və onun struktur təşkilatlarının məqsədi üzv ölkələrdə demokratiyanın inkişafı, fundamental insan hüquq və azadlıqlarının mühafizəsi və dəstəklənməsi, beynəlxalq hüquqi standartların qəbulu və tətbiqini təşviq etmək, ona dəstək verməkdir. Üzv ölkələr isə təşkilatın sıralarına daxil olarkən bu məsələlərlə bağlı öhdəliklər götürür, ölkədə idarəetməni, qanunvericilik bazasını Avropa standartlarına uyğunlaşdırmaq, öhdəliklərini icra etmək üçün praktik addımlar atır və atmalıdır. Çox təəssüf ki, Avropa Şurasına üzv ölkə olan Ermənistan ötən 17 ildə təşkilata daxil olarkən üzərinə götürdüyü heç bir öhdəliyə əməl etməyib, əksinə bütün çağırışları qulaqardına vurub". Bunu Milli Məclisin deputatı, ölkəmizin Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin üzvü Sahibə Qafarova deyib.
Politoloq: “Bakıdan İrəvana mesaj yollanmalıdır”
“Ermənistan cəmiyyətinin qatil Serj Sərkisyandan qurtulması bölgədəki durumu dəyişir”. Bunu politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, birincisi, Rusiya və Qərb Ermənistanda yeni lider uğrunda mübarizəyə başlayacaqlar: “Ancaq yeni baş nazirin Rusiya və Qərb arasında manevr etmək imkanı yoxdur.
Deputat: "Sarkisyanın istefası Ermənistanın Dağlıq Qarabağ üzrə mövqeyinin yumşalmasına səbəb olacaq"
Serj Sarkisyanın baş nazir vəzifəsindən istefa verməsi Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə mövqeyinin yumşalmasına səbəb olacaq. Bunu millət vəkili Tahir Kərimli deyib. Millət vəkili qeyd edib ki, hərbi xuntadan yaxasını qurtaran erməni xalqı öz hakimiyətini formalaşdırmaq imkanı qazanıb: "Düşünürəm ki, Ermənistanda baş nazir təyinatı bir neçə ay çəkəcək.
Azərbaycanlı deputat AŞ PA-da diqqəti Ermənistandakı qarşıdurmaya yönəltdi
Azərbaycan Ermənistanla qonşu ölkədir, buna görə də Ermənistanın vəziyyətinə biganə deyilik. Təəssüf ki, Ermənistan hakimiyyətinin yarıtmaz siyasəti ölkəni təkcə təcrid olunmuş vəziyyətə, çətin sosial-iqtisadi şəraitə deyil, eyni zamanda, vətəndaş müharibəsinə aparıb çıxarıb.
Təmas xəttində monitorinq keçiriləcək
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, aprelin 25-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.
Düşmən 113 dəfə atəşkəsi pozub
“OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 113 dəfə pozub.
BMT-dən Dağlıq Qarabağ münaqişəsi tərəflərinə ÇAĞIRIŞ
BMT Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tərəflərini problemin dinc yolla nizamlanması üzrə səyləri fəallaşdırmağa çağırır. Bu barədə təşkilatın baş katibi Antoniu Quterreşin bəyanatında deyilir.
"Cəbhədə vəziyyət hər an gərginləşə bilər" - Məşhur general
Ötən illərin təcrübəsi göstərir ki, yazda, havalar nisbətən istiləşəndə, xüsusən apreldə cəbhədə adətən gərginlik artır. Ermənistan tərəfi müxtəlif təxribatlara əl atır. Ermənistanda hadisələrin gərginləşməsi və siyasi qarşıdurma fonunda mövcud rejimin tərəfdarlarının cəbhədə belə bir plana əl atacağı ehtimalı daha da yüksəlir. Bu günlərdə Azərbaycan Müdafiə Nazirliyinin son bəyanatında da deyilir ki, Ermənistanın hərbi-siyasi hakimiyyəti sona çatmış qanlı və cinayətkar rejimin tərəfdarlarının qoşunların təmas xəttində vəziyyəti gərginləşdirmək məqsədilə müxtəlif təxribatlara cəhd göstərəcəkləri istisna edilmir.
Los Anceles Bəhai Mərkəzində Azərbaycana dair təqdimat
Los Ancelesin Bəhai icmasının dəvətilə Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev Bəhai Mərkəzində 600-ə yaxın icma üzvləri qarşısında Azərbaycana dair təqdimatla çıxış edib. Təqdimat Baş Konsulluğun Los Ancelesdə fəaliyyət göstərən dini icmalarla münasibətlərin qurulması yönündə apardığı iş çərçivəsində keçirilib.














