Biz 7 rayonu qaytarırdıq, Bakı razı olmadı - Papyan
11 May 2018 15:06 SiyasətErmənistanın siyasi rəhbərliyi Azərbaycana hər zaman Qarabağ məsələsində güzəştə getməyə hazır olub.Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında erməni ekspert Ara Papyan deyib."Kazanda erməni tərəfi Azərbaycana ərazi güzəştləri edib qarşılığında Dağlıq Qarabağın siyasi statusunun tanınmasını istəyirdi. Biz onlara 7 rayonu verib, özümüzdə yalnız Dağlıq Qarabağı saxlayacaqdıq. Azərbaycan buna razılaşmadı və heç vaxt da razılaşmayacaq", - deyə o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31