Siyasət

Azərbaycan və Türkiyənin strateji əməkdaşlığı yeni mərhələdə

25 Aprel 2018 17:17

Gözləndiyi kimi Azərbaycan Respublikasının dövlət başçısı İlham Əliyev prezident seçildikdən sonra ilk səfərini məhz qardaş ölkə olan Türkiyəyə etdi. Əslində prezident İlham Əliyevin belə bir addım atacağı gözlənilən və məntiqli idi. Çünki, tarixi ənənələrə malik olan bu ölkələrdə belə bir adət formalaşıb ki, hər iki ölkənin yeni seçilən dövlət başçısı ilk səfərini qardaş ölkəyə edir.

Ermənistanda Qarabağ klanına qarşı aqressiya vardı

25 Aprel 2018 16:52

“Regionun ən qaynar hadisələri son iki həftə ərzində Ermənistanda baş verir. Mən deməzdim ki, Ermənistanda cərəyan edən proseslər birdən birə oldu. Əslində Ermənistan cameəsi, erməni əhalisi içərisində Qarabağ kalnına qarşı illərlə yaranmış bir aqressiya vardı”.

Azərbaycanda mitinq, küçə yürüşləri və digər aksiyalara görə qadağaları pozanlara yeni cəzalar tətbiq olunur

25 Aprel 2018 16:45

Azərbaycanda mitinq, küçə yürüşləri, nümayiş, piket və digər kütləvi tədbirlərin keçirilməsi ilə bağlı qadağaların pozulmasına görə yeni cəzalar müəyyənləşdirilir. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə 517-2.13 maddəsinin əlavə edilməsi təklif olunub.

Prezident: "Türkiyə və Azərbaycanın həyata keçirdiyi birgə layihələrin tək iqtisadi deyil, böyük siyasi əhəmiyyəti də var"

25 Aprel 2018 16:26

"Türkiyə Dağlıq Qarabağmünaqişəsində də Azərbaycanı dəstəkləyib. Bu dəstək, həmrəylik bizə əlavə güc verir. Münaqişə beynəlxalq hüququn norma və prinsiplərinə və BMTTŞ-nin qətnamələrinə əsasən həllini tapmalı, Azərbaycanın  ərazi bütövlüyü bərpa ediməlidir". Məlumata görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

İlham Əliyev: “Azərbaycan ordusunun Türkiyə məhsulları hesabına gücləndirilməsi istiqamətində addımlar artırılacaq”

25 Aprel 2018 16:25

"Müdafiə sahəsində birgə hərbi təlimlər, tədqiqatlar keçirilir. Türkiyənin geniş müdafiə sənayesi var”. Məlumata görə, bunu bu gün Azərbaycan prezidentiİlham Əliyev Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Dövlət başçısı: “Türkiyə dünyada bir gücdür”

25 Aprel 2018 16:23

“Türkiyə-Azərbaycan birliyi, qardaşlığı və dostluğu möhkəmdir və çox böyük gələcəyi var”.  Məlumata görə, bu sözləri Azərbaycan prezidentiİlham Əliyev Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Azərbaycan-Türkiyə sənədləri imzalanıb

25 Aprel 2018 16:08

Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclası başa çatdıqdan sonra Azərbaycan prezidentiİlham Əliyevin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə sənədlərin imzalanması mərasimi olub. Məlumata görə, Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yeddinci iclasının Protokolu”nu imzalayıblar.

Prezident İlham Əliyev: "Türkiyə-Azərbaycan qardaşlığının, dostluğunun çox böyük gələcəyi var"

25 Aprel 2018 16:06

"Prezident seçkilərindən sonra ilk səfərimi qardaş ölkəyə etdim. Bu təbiidir. Bir ənənədir və onu göstərir ki, bu gün Türkiyə və Azərbaycan dünyada bir birinə ən yaxın olan ölkələrdir". Məlumata görə, bunu bu gün Azərbaycan prezidentiİlham Əliyev Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Ərdoğan: “Qarabağ münaqişəsi beynəlxalq hüquq prinsipləri çərçivəsində həll olunmalıdır”

25 Aprel 2018 16:01

“Mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümüdür. Bununla bağlı Azərbaycan xalqını təbrik etmək istəyirəm. 2018-ci ildə Qafqaz İslam Ordusunun yad edilməsi ilə bağlı tədbirlər keçiriləcək”. Məlumata görə, bunu bu gün Türkiyə prezidentiRəcəb Tayyib ƏrdoğanAzərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib. 

Türkiyə prezidenti: "TANAP-ın açılışı xalqlarımıza, dünyaya müjdəmiz olacaq"

25 Aprel 2018 16:00

“Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının bundan əvvəlki iclasında Bakı-Tibilisi-Qars dəmir yolunun açılışında iştirak etmişdik”.