Siyasət

Millət vəkili: "Azərbaycan inkişafa, Ermənistan isə məhvə gedir"

26 Aprel 2018 11:29

Bu gün Azərbaycanla Ermənistan arasında müqayisə edilməyəcək qədər fərq var. Azərbaycan inkişafa, Ermənistan isə məhvə gedir. Bunu Milli Məclisin deputatı Tahir Rzayev deyib.

"Azərbaycan Türkiyə münasibətləri bundan sonra daha da möhkəmlənəcək"

26 Aprel 2018 11:25

“Prezident İlham Əliyevin Türkiyəyə səfəri və səfər zamanı keçirilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclası iki ölkə arasında əməkdaşlıqda yeni bir mərhələ açacaq”. Bunu  Milli Məclisin deputatı Tahir Süleymanov deyib.

Musa Qasımlı: “Prezidentin səfərinin böyük mənası var”

26 Aprel 2018 11:12

“Seçildikdən sonra cənab Prezidentimiz İlham Əliyevin ilk səfərini Türkiyəyə etməsinin böyük mənası var”. Bunu millət vəkili Musa Qasımlı deyib.

Ramiz Mehdiyev Rusiyanın "Şərəf" ordeni ilə təltif olunub

26 Aprel 2018 11:03

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi "Şərəf" ordeni ilə təltif edib. Bunu N.Patruşevin mətbuat katibi Yevgeniy Anoşin deyib.

Karen Karapetyan: ”Hakimiyyət davası uzansa, Ermənistan ağır fəsadlarla üzləşəcək”

25 Aprel 2018 18:57

Baş nazir vəzifəsini icra edən Karen Karapetyan erkən seçkilərin mövcud siyasi vəziyyətdən qurtulmağın ən yaxşı yol olduğunu bildirib. « Baş nazir küçədə yox, yalnız parlamentdə seçilə bilər»-deyə Karen Karapetyan jurnalistlərə açıqlamasında bildirib: «Əgər siyasi partiyalar razılaşarsa, bu zaman ölkədə erkən seçkilərin keçirilməsi mümkündür. Biz siyasi gündəmi məhdudlaşdırmırıq. Belə davam edə bilməz, təbii ki, bizim iqtisadi problemlərimiz olacaq, hətta ölkədəki investorların gedəcəklərini də istisna etmirəm. Mən sizin hamınızı ayıq başla düşünməyə çağırıram. Bununla belə, hər kəsin fikir və narazılığını çox yüksək qiymətləndirirəm. Biz bütün narazılıqlara reaksiya göstərdik, indi isə oturub problemləri müzakirə etməyə hazırıq». 

İlham Əliyev: "Türkiyə və Azərbaycan dünyada bir-birinə ən yaxın olan ölkələrdir"

25 Aprel 2018 18:30

Türkiyə və Azərbaycan dünyada bir-birinə ən yaxın olan ölkələrdir, ən yaxın müttəfiqlərdir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında çıxışı zamanı deyib.

Ekspert: "Azərbaycan və Türkiyə əməkdaşlıqda yeni müstəviyə keçirlər"

25 Aprel 2018 18:22

Azərbaycan və Türkiyə əməkdaşlıqda yeni müstəviyə keçirlər. Məlumata görə, bunu iqtisadçı ekspert, iqtisadiyyat elmləri doktoru Müslüm İbrahimov deyib.

Prezident İlham Əliyevin Türkiyəyə rəsmi səfəri başa çatıb

25 Aprel 2018 18:19

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın adından Azərbaycan prezidenti İlham Əliyevin şərəfinə rəsmi nahar verilib. Məlumata görə, bu gün Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfəri başa çatıb.

Deputat: "Prezident İlham Əliyevin Türkiyəyə səfəri iki ölkənin münasibətlərində yeni bir səhifə açdı"

25 Aprel 2018 17:33

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri iki ölkə arasındakı münasibətlərdə yeni bir səhifə açdı. Bunu Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.