Siyasət

Stefan Şennak adının korrupsiyaya dair hesabata salınmasına AŞPA-nin iclasında etiraz edib

26 Aprel 2018 14:24

Məlumata görə, bu sözləri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının bu gün keçirilən iclasında avstriyalı parlamentar,AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçi Stefan Şennak Müstəqil Araşdırma Qurumunun korrupsiyaya dair hesabatı barədə müzakirələrdə çıxışında deyib.  

Səməd Seyidov AŞPA-da sərt danışdı

26 Aprel 2018 14:18

AŞPA-nın yaz sessiyasında polşalı parlamentari Killyon Munyamanın hazırladığı “Avropada öz ölkələrində məcburi köçkünlərin humanitar ehtiyacları və hüquqları” adlı qətnamə layihəsi müzakirə olunarkən Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov layihədə Dağlıq Qarabağla bağlı maddənin bəzi bəndlərinə etirazını bildirib.

Azərbaycan-Türkiyə əməkdaşlığı inkişaf mərhələsini yaşayır

26 Aprel 2018 13:52

Türkiyə ilə Azərbaycan arasında əsirlərdən bəri mövcud olmuş dostluq, qardaşlıq münasibətləri bu gün də uğurla davam etdirilməkdədir. Qətiyyətlə demək olar ki, hazırda eyni soy kökə malik iki dövlət arasındakı münasibətlər həm də strateji müttəfiqlik səviyyəsinə yüksəlib.

Angela Merkel: "Almaniya Azərbaycanı siyasi və iqtisadi modernləşmə yolunda tərəfdaş kimi dəstəkləməyə hazırdır"

26 Aprel 2018 13:44

Almaniya Federativ Respublikasının Federal Kansleri Angela Merkeldən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Dörd milyondan artıq insanın humanitar ehtiyacları təmin olunmur

26 Aprel 2018 13:26

Dünya ölkələrində baş verən iqtisadi tənəzzül miqrant problemini aktual məsələyə çevirib. Artıq bir çox Avropa ölkələri rəsmi şəkildə miqrant qəbulunu dayandırıb. Məsələ orasındadır ki, miqrant qəbul edən inkişaf etmiş ölkələr belə onların elementar humanitar ehtiyaclarını ödəməkdə çətinlik çəkirlər. Elə bu səbəbdən də bəzi beynəlxalq təşkilatlar sözügedən problemdən çıxış yolu axtarırlar.

Musa Quliyev: “Hər iki ölkə qardaş və strateji partnyor ölkələrdir"

26 Aprel 2018 12:21

“Azərbaycan və Türkiyə həmişə bir-birinin yanındadır. Hər iki ölkə qardaş və strateji partnyor ölkələrdir. Azərbaycan Prezidenti İlham Əliyevin orada Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanı seçkilərdən sonra Bakıya dəvət etməsi və Ərdoğanın da birinci səfərinin Bakıya edəcəm söyləməsi göstərdi ki, artıq bu münasibətlər ənənə halını alıb”. Bunu millət vəkili Musa Quliyev deyib.

Ermənistanda hakimiyyət dəyişikliyi münaqişənin həllinə təsir edəcəkmi? 

26 Aprel 2018 12:16

“Dağlıq Qarabağın münaqişəsinin həlli ilə bağlı dəyişikliklər Ermənistandakı hadisələrin gedişatına əsasən müəyyənləşəcək”. Bu fikirləri politoloq Qabil Hüseynli deyib.

ABŞ Konqresində Azərbaycanın siyasəti təqdir olundu

26 Aprel 2018 11:56

ABŞ Konqresinin Azərbaycan üzrə İşçi Qrupunun həmsədri Steve Cohen bəyanatla çıxış etmiş və ABŞ-ın “Etnik Anlaşma Fondu” tərəfindən cari ilin 18 aprel tarixində Səfirlikdən Olaylar.az –a bildirilib ki, konqresdə Azərbaycan-İsrail münasibətlərinə həsr olunmuş tədbirin əhəmiyyətini vurğulamışdır.

Politoloq: “İran da Ermənistandan üz döndərə bilər" 

26 Aprel 2018 11:52

"30 ildir müharibə şəraitində hər an ölmək qorxusu ilə yaşayan erməni xalqı savaş simvolu sayılan Serj Sarkisyanı hakimiyyətdən uzaqlaşdırdı”. Bunu  politoloq Vasif Əfəndiyev deyib.

Millət vəkili: "Ermənistanın işğalçı mahiyyəti ortadadır"

26 Aprel 2018 11:51

Avropa Şurası Parlament Assambleyasının sessiyası çərçivəsində bu gün "Avropada məcburi köçkünlərin humanitar ehtiyacları və hüquqları" mövzusunda məruzə müzakirə edilib. Məlumata görə, müzakirələrdə çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Sahibə Qafarova xatırladıb ki, bu günə qədər Assambleyada bir neçə dəfə miqrant və qaçqınların, məcburi köçkünlərin problemləri ilə bağlı müzakirələr keçirilib.

Atəşkəs rejimi 102 dəfə pozulub

26 Aprel 2018 11:32

“OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 102 dəfə pozub.