Siyasət
Zaxarova: "Qarabağ münaqişəsi Ermənistan və Azərbaycan üçün yaradır"
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Sergey Lavrov və Edvard Nalbandyan arasında keçirilən görüşdə Ermənistanda baş verən hadisələrin müzakirə olunub-olunmamasına münasibət bildirib.
Azərbaycan XİN: "Lavrov-Nalbandyan görüşündə təmas xəttində Ermənistanın hərbi toqquşmaları təhrik etməyə cəhd göstərilməsi müzakirə olunmalı idi"
Müzakirə olunmalı əsas məsələ Ermənistanın keçmiş hərbi diktatura rejiminin təmas xəttində hərbi toqquşmaları təhrik etməyə cəhd göstərməsidir. Bunu Rusiya və Ermənistanın xarici işlər nazirləri Sergey Lavrov və Edvard Nalbandyan tərəfindən Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində vəziyyətin müzakirə olunmasına münasibət bildirən Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
"Bu səfər regionda baş verən proseslər kontekstində mühüm əhəmiyyət daşıyır"
Azərbaycan Prezidenti İlham Əliyevin prezident seçildikdən sonra ilk səfərini qardaş Türkiyəyəyə etməsi iki dövlət arasında formalaşmış tarixi ənənələrin davam etdirilməsi baxımından çox əhəmiyyətlidir.
“Bəzi qüvvələr Türkiyə-Azərbaycan münasibətlərinə qısqanc yanaşır"
“Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri bir neçə nöqteyi-nəzərdən əlamətdardır, diqqət çəkəndir və tarixi əhəmiyyətlidir. Hər şeydən öncə Azərbaycan-Türkiyə prezidentlərinin rəhbərlərinin seçkidən sonra ilk səfərinin bir-birinə etməsi kimi çoxdan formalaşmış bir ənənəyə sadiqlik nümunəsi kimi dəyərlidir”. Bunu "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.
Politoloq: "Ermənistan hazırki şəraitdə təxribatlara əl ata bilməz"
“Ermənistanda gedən proseslər təkcə hakimiyyəti dəyişmədi. Çox güman ki, Ermənistanın yeni daxili siyasəti qurulacaq". Bunu politoloq İlqar Vəlizadə deyib.
Azərbaycan deputatı: ""Korrupsiya hesabatı"nın əsas hədəfi bəzi ölkələri qaralamaqdır"
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) bəzi üzvləri korrupsiya tədqiqatı üzrə orqanın hesabatından sui-istifadə edir. Məlumata görə, bunu AŞ PA-nın yaz sessiyasında Milli Məclisin deputatı Ülviyyə Ağayeva deyib.
Deputatımız AŞPA-da etiraz etdi: “Bizə qarşı biabırçı kampaniya təşkil ediblər”
"Bu gün korrupsiya məsələsi müstəqil şəxslərə və ölkələrə zərər vurmaq üçün siyasi silaha çevrilib".“Olaylar”ın məlumatına görə, bunu Azərbaycan Milli Məclisinin deputatı Elşad Həsənov Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yaz sessiyasında deyib. O, sessiya iştirakçılarını qərəzsiz fəaliyyət göstərməyə, hər hansı iddialara deyil, konkret faktlara üstünlük verməyə çağırıb.
Sevinc Fətəliyeva: "AŞPA illərdir, Azərbaycanın səsini eşitmir"
"Müstəqil Araşdırma Qurumunun hesabatında real faktlar yoxdur, sadəcə ittihamlar irəli sürülür". Məlumata görə, bu sözləri Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva AŞPA-nın yaz sessiyasında Müstəqil Araşdırma Qumunun korrupsiyaya dair hesabatı barədə müzakirələrdə çıxışı zamanı deyib.
Britaniyalı nazir: “İlham Əliyevin yenidən prezident seçilməsi Azərbaycanın sürətli inkişafının davamlı olmasını təmin edəcək”
Azərbaycan prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa və Amerika məsələləri üzrə dövlət naziri Alan Dunkan ilə görüşüb. Məlumata görə, görüşdə Alan Dunkan dövlət başçısını yenidən Prezident seçilməsi münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.
Bakı və Ankara mesajını verdi, indi seçim İrəvanındır
Radikalların xaos və anarxiya yaratmaq planları yeni mərhələdə
Hər zaman əsas istinad nöqtələri Ermənistan və erməni lobbisi olan radikal müxalif düşərgə işğalçı ölkədə baş verən son proseslərdən deyəsən ruhlanıb. Sadə erməni xalqının Serj Sərkisyanın baş nazir postunu zəbt etməsinə qarşı başladığı mübarizənin ilkin mərhələdə müsbət sonluqla başa çatması və cinayətkar rejim rəhbərliyinin məcburiyyət qarşısında qalaraq istefa verməsi Azərbaycanın radikal müxalif düşərgəsini də deyəsən hərəkətə gətirib. Belə ki, sözügedən düşərgənin xaricdəki antiAzərbaycan qüvvələr tərəfindən təlimat aldığı və ölkədə ictimai-siyasi sabitliyi pozmaq üçün hərəkətə keçəcəyi barədə məlumatlar yayılmaqdadır. Hətta bu məqsədlə radikallara erməni lobbisi ilə əlnir işləyən həmin dairələr tərəfindən maliyyə yardımı da ayrıldığı bildirilir.














