Siyasət

"İlham Əliyevin Britaniya səfəri münasibətləri yeni sürpriz müstəviyə daşıyacaq"

27 Aprel 2018 14:58

“Böyük Britaniya Azərbaycana ən çox investisiya yatıran ölkələrin başında gəlir. Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər ortaq tarixə, mədəniyyətə söykənir. Təsadüfi deyil ki, “bir millət, iki dövlət” ifadəsi iki ölkə arasındakı münasibətləri göstərir. Bu aspektdən, həm hər iki səfər, həm də səfərlər çərçivəsində verilən bəyanatlar mühüm əhəmiyyətə malikdir. Bu, yeni zamanda, Azərbaycan-Türkiyə və Azərbaycan-Böyük Britaniya arasındakı əlaqələrin genişləndirilməsi baxımdan önəm kəsb edir. Prezidentin seçkilərdən sonra ilk rəsmi səfərlərinin bu ölkələrə olması Azərbaycana investisiya yatırımlarının cəlb olunması, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına doğru irəliləməsi baxımından da vacibdir.

Millət vəkili: “Səfərin yeni səhifə açacağına əminəm”

27 Aprel 2018 14:40

“Prezidentin ilk səfərini Türkiyəyə etməsini yüksək qiymətləndirirəm. Bu iki dövlətin münasibətləri hamı üçün bir nümunədir. Qardaş milləti bir-birindən ayırmaq mümkün deyil. Ona görə də prezident həmişə ilk səfərini Türkiyəyə edir”.

Azərbaycanın uğurlu xarici siyasət kursu

27 Aprel 2018 14:07

Bu gün dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın, dost, qardaş münasibətlərində olan ikinci bir ölkə yoxdur.  Müstəqillik illərindən sonra daha da inkişaf edən Ankara-Bakı əlaqələri, əməkdaşlığı günümüzdə nəinki digər türkdilli ölkə və respublikalara, eyni zamanda bütün dünyaya bir nümunə, örnəkdir.

AŞ PA müstəqil şəxslərin və ölkələrin fəaliyyətini niyə həzm edə bilmir?

27 Aprel 2018 13:21

Bir sıra beynəlxlaq təşkilatların Azərbaycana qarşı ikili standartlar missiyası davam etməkdədir. Bəzi qurumlar isə bir az da irəli gedərək ölkəmiz barədə həqiqətə uyğun olmayan məlumatlar yaymaqda maraqlı görünürlər. Məsələ orasındadır ki, sözgedən təşkilatlarda təmsil olunan anti-Azərbaycan qüvvələr ölkəmizlə bağlı hazırlanan hesabatlarda şər-böhtan, iftira, yalan, qərəzli məlumatlar yerləşdirməkdən belə çəkinmirlər. Belə ki, AŞ PA-nın yaz sessiyasının aprelin 26-da keçirilən iclasında gündəliyə qurumun daxilindəki korrupsiya hallarının olması barədə məsələnin salınması və hazırlanan hesabatda Azərbaycanla bağlı həqiqətə uyğun olmayan məlumatların əksini tapması birmənalı qarşılanmayıb. Bundan əlavə, AŞ PA-nın 24 deputatı baş katib Torbörn Yaqlandı Azərbaycanda siyasi məhbuslar haqqında hesabata yenidən qayıtmağa çağırması Azərbaynla- AŞPA münasibətlərini yenidən gündəmə gətirib. Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun Müstəqil Araşdırma Qurumunun korrupsiyaya dair hesabatı barədə müzakirələrdəki çıxışı məsələnin nə qədər ciddi olduğunu deməyə əsas verir.

Politoloq: “Rusiya Ermənistanda fəallaşır”

27 Aprel 2018 12:35

“Rusiya Ermənistanda fəallaşır”. Bunu Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Ermənistanın rəsmiləri ard-arda təcili Moskvaya çağrılır, müxalifət liderləri ilə isə Rusiyanın İrəvandakı səfirliyində görüşlər təşkil edilir: “Hamısına eyni xəbərdarlıq edilir, nə edirsiniz edin, ancaq çərçivədən çıxmayın, sahibinizin kim olduğunu unutmayın! İrəvanın da Moskvadan xahişi var, Azərbaycan fürsətdən istifadə edib Dağlıq Qarabağda müharibəyə başlamaq istəyir, Bakını bundan çəkindirin.

Hərbi yarışlar keçirilir

27 Aprel 2018 12:30

2018-ci il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunun hərbi birliklərindən birində “Ən yaxşı mühəndis-istehkam manqası” adı uğrunda yarış keçirilib. “OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, mürəkkəb əməliyyat şəraitində hərbi əməliyyatın mühəndis təminatının yerinə yetirilməsi məqsədilə təşkil olunan yarış xüsusi təchiz edilmiş təlim poliqonunda keçirilib.

Elman Məmmədov: "Ermənistanı hələ çox fəlakətlər gözləyir"

27 Aprel 2018 12:19

Azərbaycan və Ermənistanda həm siyasi, həm də iqtisadi vəziyyət müqayisə olunmayacaq dərəcədə fərqlidir. Bunu  millət vəkili Elman Məmmədov deyib.

Ermənistanda KRİTİK GÖRÜŞ və Kremlin adamından RƏDD CAVABI

27 Aprel 2018 12:05

Dünən gecə Ermənistan prezidenti Armen Sarkisyanla müxalifət lideri, deputat Nikol Paşinyan arasında görüş keçirilib. bu haqda feysbuk səhifəsində Nikol Paşinyan bildirib. “Biz Ermənistanda yaranmış vəziyyəti və ondan çıxışın mümkün yollarını müzakirə etdik. Sarkisyan həmçinin özü ilə sənədləri gətirdi. Bu sənədlərdə onun 2011-ci ilin dekabrında Böyük Britaniya vətəndaşlığından çıxdığı göstərilirdi”, - Paşinyan əlavə edib.

Ermənistan uğrunda ABŞ-la Rusiya arasında açıq qarşıdurma başladı

27 Aprel 2018 11:24

Serj Sarkisyanın hakimiyyətdən getməsində ABŞ və Rusiya konsensusa malik idi. Çünki S.Sərkisyanın Rusiyanın adından ABŞ-a, ABŞ adından Rusiyaya söylədikləri yalanları onun iki iri dövlət tərəfindən müdafiə olunmamasının əsas səbəbi idi. Ermənistanın keçmiş prezidenti və keçmiş baş naziri Serj Sərkisyan elə başa düşürdü ki, o həm ABŞ-ı, həm də Rusiyanı aldada bilir. Sonda isə bəlli olur ki, o özü-özünü və erməni xalqını aldadırmış. Əksər əhalinin fikrincə, S.Sərkisyan böyük şahmatçıdır və RF –lə ABŞ arasında çox gözəl manevr edə bilir. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.