Siyasət
“Böyük Britaniya Azərbaycanla strateji tərəfdaşdır” – Azər Badamov
Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev baş nazir Tereza Meyin dəvətilə Böyük Britaniyada səfərdə olub. Məlumata görə, səfər zamanı prezident İlham Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri xanım Tereza Mey ilə görüşü olub. Tereza Mey prezident seçkilərində qələbəsi münasibətilə İlham Əliyevi təbrik edib. O bildirib ki,Azərbaycan prezidentinin bu səfəri iqtisadi və ticarət, enerji, təhlükəsizlik məsələlərinin müzakirəsi üçün yaxşı imkan yaradacaq. Böyük Britaniyanın Baş naziri SOCAR ilə BP şirkəti arasında imzalanacaq sazişin əməkdaşlığın genişləndirilməsi baxımından önəmini vurğulayıb. Tereza Mey Azərbaycanın Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirakına və verdiyi dəstəyə görə minnətdarlığını bildirib.
Millət vəkili: "Azərbaycan Prezidentinin Britaniyaya səfəri iki ölkənin tərəfdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu göstərir"
Azərbaycan Prezidenti İlham Əliyevin prezident seçiləndən sonra dəhral Türkiyə və Böyük Britaniyaya səfəri mühüm əhəmiyyət kəsb edir. Bu barədə millət vəkili Tahir Kərimli deyib.
Beynəlxalq ekspert: “Rusiya öz sərhədlərində qeyri-stabillik arzu etmir"
“Ümumiyyətlə Ermənistandakı vəziyyətə baxarkən onu qeyd etmək lazımdır ki, orada Ermənistanın keçmiş hökumətinin qeyri-leqitimliyi özünü bariz şəkildə büruzə verdi. Yəni bu ilk məqamdır. Biz həm Azərbaycanın, həm də Azərbaycanın regiondakı, bölgədəki olan müttəfiqlərinin ardıcıl siyasəti nəticəsində bunu açıq-aşkar şəkildə gördük”. Bunu beynəlxalq ekspert Tamerlan Vahabov deyib.
Ekspert: “AŞPA öz taktikasını dəyişib”
“AŞPA-nın "hesabatı" Qərbin anti-Azərbaycan, islamofob və ermənipərəst qrupların qurduğu növbəti oyundur”. Bunu internet-media eksperti Səbuhi Abbasov deyib.
İlham Əliyevin London səfərindən görüntülər
"Bu hesabat ermənipərəst qüvvələrin ölkəmizə qarşı növbəti təxribatıdır"
İlham Əliyev fərman imzaladı
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1087-VQD nömrəli Qanununun tətbiqi haqqında fərman imzalayıb.
Azərbaycanda İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası yaradıldı - SƏRƏNCAM
Azərbaycan Prezidenti İlham Əliyev“İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” sərəncam imzalayıb.
Nikol Paşinyan: “Biz Azərbaycanla danışıqları da belə aparacağıq?”
Azərbaycan XİN: "Cənubi və Şimali Koreya liderlərinin görüşünü alqışlayırıq"
"Biz Koreya Respublikası və Koreya Xalq Demokratik Respublikası liderləri arasında baş tutmuş görüşü alqışlayırıq". Məlumata görə, bu sözləri Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev özünün "Twitter" səhifəsində yazıb.
Tahir Rzayev: "AŞ PA-nın “hesabatı” təşkilatda Azərbaycana qarşı ikili standartlar siyasətinin yeni dalğasının başlandığını göstərir"
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycanın da adının hallandığı korrupsiya ilə bağlı hesabatının tamamilə qərəzli və sifarişli olduğu açıq-aydın hiss olunur.
Dövlət başçısının mühüm xarici səfərləri
Prezident seçkilərindən sonra dövlət başçısı ilk xarici səfərini reallaşdırdı. Əvvəlcədən də proqnozlaşdırıldığı və ehtimal olunduğu kimi dövlət başçısı ilk xarici səfərini qardaş Türkiyə Cümhuriyyıətinə etdi. Artıq ənənə halını almış bu səfərlər iki ölkə arasında dostluq-qardaşlıq münasibətlərinin inkişaf etdirilməsi ilə yanaşı, həm də dünyaya bir örnək, həmçinin birlik, bərabərlik göstərişi idi ki, hər iki ölkə istər xoş, istərsə də ağrılı-acılı günlərdə bir-birinin yanındadır.
Vüqar Rəhimzadə: “Türkiyə bizim üçün əziz dövlətdir"
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Türkiyəyə səfəri hesab edirəm ki, çox əlamətdar bir səfərdir. Artıq yeni bir mərhələnin təməli qoyuldu”. Bunu “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.





.jpg)








