Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri “Şərəf” medalı ilə təltif olunublar
Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov və Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin 25 illik yubileyi münasibətilə təsis olunan “Şərəf” medalı ilə təltif olunublar.
16 May 2018 18:38 SiyasətAzərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov və Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin 25 illik yubileyi münasibətilə təsis olunan "Şərəf" medalı ilə təltif olunublar.
Medal iki qardaş ölkənin parlament sədrlərinə QDİƏT Parlament Məclisinin 25-ci ildönümünə həsr olunmuş Spikerlərin Sammiti çərçivəsində təqdim olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31