İsrail-Azərbaycan Hökumətlərarası Komissiyasının ilk iclası keçirilib

Qüdsdə İsrail ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın inkişafı üzrə Hökumətlərarası Komissiyanın ilk iclası keçirilib.

Azərbaycan tərəfdən komissiyanın həmsədri vergilər naziri Mikayıl Cabbarovdur.

"Hazırda innovasiyalar yalnız kompüter texnikası sahəsində yox, praktiki olaraq insan fəaliyyətinin bütün sahələrində tətbiq olunur. Buna görə də Azərbaycanın İsrail ilə tərəfdaşlıqda yeni səhifə açdığına görə şadam və ümidvaram ki, çox sayda birgə layihələrimiz olacaq", - M.Cabbarov iclasa deyib.

Öz növbəsində, İsrail tərəfdən komissiyanın həmsədri, ətraf mühitin mühafizəsi naziri Zeev Elkin bildirib ki, bir sıra nazirlik nümayəndələrinin burada iştirakı Azərbaycanla münasibətlərin inkişafının nə qədər vacib olduğunu göstərir.

Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31