Qida Təhlükəsizliyi Agentliyinin sədri Niderlandın kənd təsərrüfatı və biznes üzrə nümayəndə heyəti ilə görüşüb
Mayın 15-də Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Avropa Şurası Parlament Assambleyasının Fəxri Prezidenti, Niderland-Azərbaycan Dostluq Qrupunun sədri Rene Van der Linden başçılıq etdiyi Niderland Krallığının kənd təsərrüfatı və biznes üzrə nümayəndə heyəti ilə görüşüb.
15 May 2018 17:31 SiyasətMayın 15-də Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Avropa Şurası Parlament Assambleyasının Fəxri Prezidenti, Niderland-Azərbaycan Dostluq Qrupunun sədri Rene Van der Linden başçılıq etdiyi Niderland Krallığının kənd təsərrüfatı və biznes üzrə nümayəndə heyəti ilə görüşüb.
"OLAYLAR"-a Agentliyin mətbuat xidmətindən bildirilib ki, Q.Təhməzli Azərbaycan və Niderland Krallığı arasında əməkdaşlığın inkişaf etdiyini, əlaqələrin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin və keçirilən görüşlərin mühüm əhəmiyyətini vurğulayıb. Sədr yeni fəaliyyətə başlamış Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətivə gələcəkdə həyata keçiriləcək tədbirlərlə bağlı qonaqlara məlumat verib,Azərbaycan Respublikası ilə Niderland Krallığı arasında qarşılıqlı əməkdaşlığının genişləndirilməsinin kənd təsərrüfatı və qida təhlükəsizliyi sahəsinin inkişaf etdirilməsinə böyük töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyəti ilə tanışlıq və gələcək əməkdaşlıq perspektivlərinə həsr olunan görüşdəNiderland Krallığının nümayəndə heyəti Azərbaycanda kənd təsərrüfatı və qida məhsullarının təhlükəsizliyi, habelə bu istiqamətdəreallaşdırılacaqlayihələrdə iştirak etməyə hazır olduqlarını ifadə ediblər.
Qeyd edək ki, bu ilin fevral ayında da Bakıda səfərdə olan nümayəndə heyəti ADA Universitetinin və Vageningen Universitetinin birgə təşkil etdiyi "SARA" adlı tədqiqat işini təqdim edib.