Deputatlarımız Gürcüstanda Heydər Əliyevin abidəsini ziyarət ediblər

Gürcüstanda səfərdə olan Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri mayın 15-də Tbilisinin mərkəzindəki Heydər Əliyev Parkını ziyarət ediblər. Deputatlar görkəmli siyasi xadim Heydər Əliyevin parkdakı abidəsinin önünə əklil qoyub, xatirəsini ehtiramla yad ediblər.

"Olaylar" xəbər verir ki, Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əflatun Amaşovun başçılığı ilə qrupun üzvləri səfər çərçivəsində Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze, azərbaycanlıların yığcam yaşadıqları Marneulidə rayon rəhbərliyi, Gürcüstan parlamentinin deputatları və ziyalılarla, həmçinin Gürcüstan parlamentinin vitse-spikeri, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Zviad Dzidziquri ilə görüşlər keçiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31