Siyasət

Azərbaycan XİN xarici KİV nümayəndələrinin Qarabağ səfərinə icazə verdi

9 May 2018 11:08

Xarici KİV nümayəndələrinin Paşinyanın brifinqinə görə Xankəndiyə getməsinə etiraz edilməyib. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın yeni baş naziri Nikol Paşinyanın bu gün Xankəndidə yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirəcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.

Qubernator Azərbaycan Demokratik Respublikasının 100 illiyi ilə əlaqədar təbrik bəyannaməsi imzaladı 

9 May 2018 11:01

ABŞ-ın Nevada ştatının qubernatoru Brayan Sandoval (Brian Sandoval) Azərbaycan Demokratik Respublikasının 100 illiyi ilə əlaqədar təbrik bəyannaməsi imzalayıb. Olaylar.az bildirir ki, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna göndərilmiş təbrik bəyannaməsində qubernator bu tarixi yubiley münasibətilə Nevada ştatı adından Azərbaycanı təbrik edir və ən xoş arzularını çatdırır.