Danışıqlar dalana dirənib

“Ermənistanın yeni hakimiyyətinin avantürası nəticəsində Qarabağ münaqişəsinin diplomatik danışıqlar yolu ilə həlli dalana dirənib”.

"Ermənistanın yeni hakimiyyətinin avantürası nəticəsində Qarabağ münaqişəsinin diplomatik danışıqlar yolu ilə həlli dalana dirənib".

"OLAYLAR" xəbər verir ki, belə bir açıqlama ilə politoloq Məhəmməd Əsədullazadə çıxış edib. O, bildirib ki,  Rusiyada bu prosesdə Ermənistanın yanındadır: "Qeyd edim ki, ABŞ-da Ermənistanda islahatlara dəstək olmaq üçün 140 milyon dollar maliyyə vəsaiti ayıracağını vəd edir. Bu ölkənin dövlət katibinin köməkçisi Yerevanda səfərdə bunu dilə gətirdi. ABŞ -ın bu qərarı, rəsmi Yerevanın münaqişənin həlli ilə bağlı siyasətində radikal mövqe tutacağına gətirəcək". Politoloq deyib ki, ATƏT-in Minsk qrupunun iki həmsədr ölkəsi Rusiya və ABŞ işğalçıya dəstöklərini ifadə edirlər: "Rusiyanın yeni hərbi texnika göndərəcəyi, ABŞ-ın isə maliyyə yardımı ayıracağı gözlənilir. Rəsmi Bakı Vaşinqton və Moskva ilə sıx təmasa keçməli, danışıqlarda təcrid olunmasına imkan verməməlidir. Moskva və Vaşinqtonun bu siyasətinə qarşı cəbhədə işğalçılara hərbi təzyiqi artırmalı, diplomatik müstəvidə Türkiyə ilə bu məsələdə birgə hərəkətə keçməlidir. Diplomatik danışıqlarda təklənməyə imkan verməməliyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31