Nazir: “Bakıdakı məktəblərin 10 faizində sıxlıq var”

"Biz Təhsil Nazirliyi olaraq, geniş təhlillər apardıq. Təhillər apardıq ki, sentyabrın 15-dən təqvim ilinin sonuna-dekabrın 31-dək 6 yaşı olan uşaqların təhsil göstəriciləri necə olub. Gördük ki, onların nəticələrində hansısa problem, yəni, onlardan ayca böyük olan uşaqlarla həmin uşaqların təhsil göstəricilərində ciddi fərq yoxdur".

"Olaylar" xəbər verir ki, bunu Milli Məclisin  Elm və təhsil komitəsinin iclasında Əmək Məcəlləsinə və "Təhsil haqqında" qanuna dəyişiklikləri nəzərdə tutan layihələrinin müzakirəsi zamanı yeni təhsil naziri Ceyhun Bayramov deyib. Təhsil naziri deyib ki, bu baxımdan, təhsil qanunundakı dəyişiklik mütərəqqi dəyişiklikdir: "Hesab edirik ki, təqvim ilinin sonunadək 6 yaşı olan uşaqların da 6 yaşlılarla eyni vaxtda məktəbə getmələri, qanundakı bununla dəyişiklik müsbət haldır. Burada hansısa problem görmürük".

O, həmçinin, Bakı şəhərində yerləşən məktəblərin haradasa 10 faizində sıxlığın olduğunu deyib. Onun sözlərinə görə, sıxlıq ondan ibarətdir ki, burada birinci siniflərə qəbul üçün müraciət edən şagirdlərin sayı digər yerlərdən çoxdur: "Müraciətlər çox olduqda onların hamısını qəbul etmək mümkün deyil. Burada hansısa prinsipi tətbiq etmək lazımdır. Ədalət prinsipi ondan ibarətdir ki, ümumi təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşayan təhsilalanlar həmin təhsil müəssisəsinə ilk növbədə qəbul olunsunlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31