Siyasət

Heydər Əliyev - 95

10 May 2018 11:32

Los Ancelesdə Azərbaycan haqında kitab nəşr edildi

10 May 2018 10:39

Azərbaycan həqiqətlərinin ABŞ ictimaiyyətinə daha geniş şəkildə çatdırılması məqsədilə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən ABŞ-da ingilis dilində Azərbaycan haqda kitab nəşr etdirilib.   Olaylar.az bildirir ki, nəfis tərtibatda nəşr edilmiş, 120 səhifədən ibarət olan və “Azerbaijan – Everlasting Heritage, Inspirational Harmony” (Azərbaycan – Əbədi Miras, Ruhlandırıcı Harmoniya) adlı kitabda Azərbaycanın coğrafiyası, təbii sərvətləri, qədim tarixi, zəngin mədəniyyəti və incəsənəti, güclü etnik və dini tolerantlıq ənənələri, dövlət quruluşu və xarici siyasəti, sürətli iqtisadi inkişafı, turizm potensialı, ADA Universiteti, “ASAN Xidmət” və digər maraq kəsb edən mövzular barədə geniş məlumatlar öz əksini tapıb. Bakı şəhərinin və ölkəmizin müxtəlif gözəl guşələrinin rəngarəng şəkilləri kitabın müxtəlif bölmələrini bəzəyir.

Prezident ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etdi

10 May 2018 10:02

Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü günüdür. İlham Əliyev Fəxri xiyabanda Ümummilli liderin məzarını ziyarət edib, onun məzarı önünə əklil qoyub, Ulu Öndərin xatirəsini ehtiramla anıb.

ABŞ-ın Meyn ştatında 28 May Azərbaycan Günü elan edildi

10 May 2018 10:01

Amerikanın Meyn ştatının ən böyük şəhəri və Kamberlend dairəsinin inzibati mərkəzi olan Portlend şəhərinin meri Etan Strimlinq (Ethan Strimling) Azərbaycan Demokratik Respublikasının 100-cü ildönümü ilə əlaqədar olaraq rəsmi bəyanat verib. Olaylar.az bildirir ki, bəyanatda 1918-ci il 28 may tarixində Müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının qurulması və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanınması qeyd olunur. Sənəddə bildirilir ki, Azərbaycan Demokratik Respublikası müstəqilliyinin qısa müddət ərzində irqi, cinsi, etnik və ya dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər seçki hüququnu tanımaqla yanaşı müsəlman dünyasında ilk dəfə olaraq qadınlara seçki hüququnun verilməsini təmin etmişdir.