Azərbaycanda yaşayan Türkiyə vətəndaşları seçkilərlə əlaqədar iyunun 17-də səs verəcəklər

Azərbaycanda yaşayan Türkiyə vətəndaşları iyunun 24-də bu ölkədə keçiriləcək növbədənkənar ümumi seçkilərlə əlaqədar iyunun 17-də səs verəcəklər.

Bu ölkənin vətəndaşları Türkiyənin Azərbaycandakı səfirliyində, eləcə də Gəncə və Naxçıvandakı baş konsulluqda səs verəcəklər.

Qeyd edək ki, iyunun 24-də keçiriləcək növbədənkənar ümumi seçkilər çərçivəsində xaricdə yaşayan Türkiyə vətəndaşlarının səsvermə prosesi Türkiyənin diplomatik missiyalarında iyunun 7-dən başlayacaq. Türkiyə vətəndaşlarının səsverməsi dünyanın 60 ölkəsindəki 123 nümayəndəlikdə iyunun 19-dək davam edəcək.

İyunun 17-də Azərbaycandan başqa, Türkiyə vətəndaşları Küveyt, Moldova, Sinqapur, Tailand, İran, İraq, İrlandiya, İspaniya, Misir, Malta, Özbəkistan, Serbiya, Çexiya, Macarıstan, Polşa, Cənubi Afrikada səs verəcəklər.

Report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31