Siyasət

"Əminik, Qarabağ işğaldan azad ediləcək, azərbaycanlılar doğma yurdlarına qayıdacaq"

20 İyun 2018 13:38

"Əminik ki, Qarabağ işğaldan azad ediləcək və azərbaycanlılar öz doğma yurdlarına qayıdacaqlar". Bunu Türkiyənin baş ombudsmanı Şərəf Malkoç "Hüquq bərabərliyinin təmin olunmasında və təşviqində milli insan hüquqları təsisatlarının rolu" mövzusunda keçirilən Ombudsmanların XV Bakı Beynəlxalq Konfransında çıxışı zamanı deyib.

Zakir Həsənov: "Erməni xüsusi xidmət orqanları sosial şəbəkələr vasitəsilə bizdə inamsızlıq yaratmağa çalışır"

20 İyun 2018 13:33

Erməni xüsusi xidmət orqanları sosial şəbəkələr vasitəsilə bizdə inamsızlıq yaratmağa çalışır. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.

Oqtay Əsədov Çinə səfər edib

20 İyun 2018 12:59

Milli Məclisin Sədri Oqtay Əsədovun rəhbərliyi ilə parlament nümayəndə heyəti Ümumçin Xalq Nümayəndələri Məclisinin sədri Li Canşunun dəvəti ilə iyunun 19-da Çin Xalq Respublikasına rəsmi səfər edib.

AŞPA-ya yeni prezident seçiləcək

20 İyun 2018 12:57

İyunun 25-29-da Avropa Şurası Parlament Asambleyasının yay sessiyası keçiriləcək.

Kəmaləddin Heydərov Siyəzəndə vətəndaşları qəbul edəcək

20 İyun 2018 12:56

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 22 iyun 2018-ci il tarixində Siyəzən şəhərində, Siyəzən Rayon Dovlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək.

Avropa İttifaqının komissarı ilə Ermənistanın XİN başçısı Qarabağ münaqişəsini müzakirə edib

20 İyun 2018 12:53

Avropa İttifaqının qonşuluq siyasəti və genişlənmə məsələləri üzrə komissarı Yohannes Han Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyanla Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsini müzakirə edib.

Fərhad Abdullayev: "Hüququ dövlətin inkişafı müstəqil siyasətimizlə bağlıdır"

20 İyun 2018 12:48

2018-ci il çox əlamətdar ildir. Bildiyiniz kimi bu il Ölkə başçısı İlham Əliyev tərəfindən Cümhuriyyət ili elan edilib. Bununla bağlı silsilə tədbirlər keçirilir və bu tədbirlər davamlı olacaq". Bu fikirləri Konstitusiya Məhkəməsininin sədri Fərhad Abdullayev Bakıda "Hüquq bərabərliyinin təmin olunmasında və təşviqində milli insan hüquqları təsisatlarının rolu" mövzusunda Ombudsmanların XV Bakı Beynəlxalq Konfransında çıxış edərkən deyib.

"Beynəlxalq ictimaiyyət hər bir millətin təhlükəsiz yaşamasına şərait yaratmalıdır"

20 İyun 2018 12:46

"Beynəlxalq ictimaiyyət hər bir insan, xalq, millət üçün təhlükəsiz yaşamağa şərait yaratmalıdır və hər insan, millət bundan bəhrələnməlidir. Bizim bundan başqa yolumuz qalmayıb". Bunu Milli Məclisin sədr müavini Bahar Muradova "Hüquq bərabərliyinin təmin olunmasında və təşviqində milli insan hüquqları təsisatlarının rolu" mövzusunda keçirilən Ombudsmanların XV Bakı Beynəlxalq Konfransında çıxışı zamanı deyib.

Politoloq: “Paşinyan az separatçı olmadığını sübut etməyə çalışır”

20 İyun 2018 12:42

“Ermənistanın baş naziri Nikol Paşinyan Serj Sərkisyandan az separatçı olmadığını ətraf aləmə sübut etməyə çalışır. Onun baş nazir seçilməsindən heç iki ay keçməyib, ancaq artıq ikinci dəfə Qarabağa gəlib və yenə təxribatçı açıqlamalar səsləndirib. Geri qayıtdıqdan sonra isə Xocalıda yerləşən hava limanında turistlərin iştirakı ilə şou göstəriblər, kiçik motorlu ucaqları havaya qaldırıblar. Bu da azmış kimi Nikol Paşinyan Rusiyanın onlara hədiyyə etdiyi Cu-30 CM qırıcı təyyarəsində çəkdirdiyi şəkli sosial şəbəkəsindəki səhifəsində yerləşdirib və bununla bizə sanki acıq verib. Rusiyanın agentliyində yazısı yayınlayan erməni müəlliflərindən biri isə bu sözlərlə Azərbaycanı açıq-aşkar şantaj edib: “Ermənistan Rusiyadan aldığı hərbi təyyarələr hesabına Azərbaycanın strateji neft və qaz infrastruktuna ciddi təhlükə yaratmaq imkanına malikdir”. Bunu politoloq Elxan Şahinoğlu deyib.

Elman Məmmədov: “Paşinyan Moskvada verilən təlimatı icra edir"

20 İyun 2018 12:41

“Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağa növbəti səfəri onun Moskvaya gedib-gəlişindən dərhal sonra baş tutdu. Burada iki versiya ola bilər. Rəsmi Moskvanın təlimatı, tapşırıqları nə olubdusa Paşinyan da Dağlıq Qarabağa o məqsədlə gedib. Yəni rəsmi Moskva burada iki cür mövqe ortaya qoya bilər”. Bunu millət vəkili Elman Məmmədov deyib.

Arzu Nağıyev: “Ermənistan “Qarabağ kartı”ndan istifadə edir"

20 İyun 2018 12:39

“Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağa növbəti səfərində əsas məqsəd ondan ibarətdir ki, bunlar “Qarabağ kartı”ndan istifadə etməkdə davam edirlər. Yəni yaxınlarda parlament seçkilərinə getməsi ilə bağlı məlum “Qarabağ kartı” seçkilərdə də mühüm rol oynayacaq. Bundan başqa son vaxtlar Qarabağda qeyri-stabil bir vəziyyət yaranıb. Çünki Bako Saakyan da Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın adamı, tərəfdaşı olduğu üçün məlum məsələdir ki, seçkilərdə hər hansı bir müsbət addım ata bilməyəcək. Buna görə də artıq 2021-ci ildə qondarma qurumun prezidentliyindən də imtina etməyə başlayıb”. Bunu siyasi şərhçi Arzu Nağıyev deyib.