Prezident İlham Əliyev Qazaxıstanın paytaxtı haqqında sənədli filmə çəkilib - VİDEO
6 İyul 2018 00:12 SiyasətAzərbaycan prezidenti İlham Əliyev Astana günü ilə bağlı "Böyük çölün paytaxtı" adlı sənədli filmə çəkilib.
İlham Əliyev müsahibəsində Qazaxıstanın paytaxtı Astana haqqında fikirlərini bölüşüb.
O bildirib ki, paytaxtın Almatı şəhərindən Astanaya köçürülməsi həmin zaman Qazaxıstan prezidentindən cəsarət, qətiyyətlilik və müdriklik tələb edirdi.
Filmdə Rusiya prezidenti Vladimir Putin, Qırğızıstan prezidenti Sooronbay Jeenbekov, Moldova prezidenti İqor Dodon, Özbəkistan prezidenti Şavkat Mirziyoyev və digərləri də iştirak ediblər.
Filmin tizeri Qazaxıstan Respublikası Prezidentinin Teleradio Kompleksinin "Instagram" səhifəsində paylaşılıb.
Report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31