Siyasət
“Prezident xalqın mənafeyinin hər şeydən üstün olduğunu ortaya qoydu”
“Cənab Prezidentin sədrliyi ilə keçirilən müşavirədə başını aşağı salan bəzi məmurlar dövlət başçısının sərt tənqid və xəbərdarlığından nəticə çıxaracaq. Cənab Prezident xalqın həmin məmurlara demək istədiklərinin hamısını ciddi narazılıq və sərt xəbərdarlıqla söylədi”. Bu fikirləri millət vəkili Qənirə Paşayeva bildirib.
Azay Quliyev: “Günahkarların cəzalanacağına heç kimin şübhəsi olmasın”
“Mingəçevirdəki qəza nəticəsində baş vermiş enerji böhranını aradan qaldırmaq üçün cənab Prezident lazımi tədbirlər görüb və proses tam nəzarətdədir”.
Məsuliyyətsiz davrananlara güzəşt olmayacaq - RƏY
Siyavuş Novruzov: “Prezident bütün məsələlərə operativ və dərhal reaksiya verib”
“Ümumiyyətlə, Azərbaycan Prezidenti İlham Əliyev ölkə rəhbəri olduğu dövrdən indiyədək bütün məsələlərə operativ və dərhal reaksiya verib”. Bunu Yeni Azərbaycan Partiyası İcra Katibinin müavini, millət vəkili Siyavuş Novruzov Mingəçevir İES-də baş verən qəza ilə bağlı ötən gün Prezident İlham Əliyevin yanında keçirilən müşavirəyə münasibət bildirərkən deyib.
"Ermənistanın Rusiyanı qıcıqlandırması münaqişənin həllini tezləşdirə bilər"
“Müşahidələrə görə, son vaxtlar Ermənistanda Qərbə yaxınlaşma prosesləri gedir. Artıq Avropa İttifaqı ilə saziş də təsdiqləndi. Lakin bu proseslər Rusiyadan gizli şəkildə həyata keçirilir. Çünki, Ermənistan anlayır ki, xarici siyasətlərini açıq şəkildə dəyişsələr, o zaman müəyyən problemlərlə üzləşəcəklər”. Bu fikirləri politoloq Fikrət Sadıqov deyib.
Vergilər Nazirliyində görüş keçirilib
Vergilər naziri Mikayıl Cabbarov İsrail Xarici İşlər Nazirliyinin MDB və Asiya ölkələri üzrə iqtisadiyyat departamentinin direktoru Mixael Lotem ilə görüşüb.
Kim cəzalandırılmalıdırsa cəzalandırılacaq
Diasporla İş üzrə Dövlət Komitəsinin yeni loqosu, himni və saytı yaradılıb
Diasporla İş üzrə Dövlət Komitəsinin yeni loqosu, himni və saytı yaradılıb. Bu barədə komitə sədri Fuad Muradov deyib.
Anar Xəlilov: “Onların bir məqsədi olub, pul qazanmaq”
“Bu insanların xarici dairələrə satılmaqda bir məqsədi olub, maliyyə vəsaiti qazanmaq”. Bunu Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov deyib.
Azərbaycanla bağlı qətnamə qəbul edildi
Avropa Parlamenti Azərbaycanla əməkdaşlığa dair qətnamə qəbul edib. Sənəddə qeyd edilir ki, Aİ və Azərbaycan arasında imzalanacaq yeni tərəfdaşlıq haqqında saziş hər iki tərəf üçün konkret faydalar vəd edir. Bildirilir ki, 2019-cu ildə keçiriləcək növbəti “Şərq Tərəfdaşlığı” sammitinə qədər yeni sazişin imzalanması üçün danışıqlarda sürətli və davamlı irəliləyiş müşahidə olunur.
"Təxribatçıları müəyyənləşdiririk" – Ramil Usubov
Deputat: "Qəzaya siyasi don geyindirənlər məqsədlərinə nail ola bilməyəcəklər"
“Təəssüf ki, radikal müxalifətin bəzi şəxsləri ölkədə baş verən bütün hadisələr kimi Mingəçevirdə baş verən qəzaya siyasi don geyindirmək, dövlət daxilində müəyyən çağırışlar etmək, düşünülməmiş fikirlər söyləməkdən yan keçmədilər. Ölkədə baş verənlərdən siyasi məqsədlər və dövlət əleyhinə istifadə etmək nə dərəcə ağıla sığandır?”. Bu fikirləri Milli Məclisin deputatı Elman Məmmədov deyib.











.jpg)


