Özaral: "Türkiyə XİN rəhbərinin Azərbaycana səfərinin dəqiq tarixi yaxın günlərdə məlum olacaq"
19 İyul 2018 18:48 Siyasət"Türkiyənin xarici işlər naziri Mövlud Cavuşoğlunun Azərbaycana rəsmi səfəri ilə əlaqədar hazırlıqlar gedir".
Bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özaral deyib.
O bildirib ki, səfir Türkiyədə keçirilən seçkilərdən sonra ilk rəsmi səfərini həyata keçirmiş olacaq: "Səfərin dəqiq tarixi yaxın günlərdə məlum olacaq".
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31