Siyasət

Ərdoğan Azərbaycana hərbi qüvvələr göndə­rilməsi ilə bağlı qəbul etdiyi qanunu imzalayıb

18 Noyabr 2020 22:59

Qardaş Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Azərbaycana hərbi qüvvələr göndə­rilməsi ilə bağlı qəbul etdiyi qanunu imzalayıb. Qanun “Rəsmi Qəzet”də dərc edilib.

Vüqar Rəhimzadə: Fransa rəsmilərinin məsuliyyətsiz bəyanatları bu ölkənin beynəlxalq imicinə ciddi zərbədir

18 Noyabr 2020 15:01

“44 günlük müharibə dövründə və ondan sonrakı günlərdə Fransanın anti-Azərbaycan mövqeyində durması bu ölkənin bəyanatlarında və əməllərində səmimi olmadığını nümayiş etdirir. ATƏT-in Minsk qrupunun həmsədri kimi neytral mövqe tutmaq əvəzinə Ermənistanı açıq şəkildə dəstəkləməsi, hətta bu ölkənin rəsmilərinin məsuliyyətsiz bəyanatlar vermələri, fikirlər səsləndirmələri Fransanın beynəlxalq etimad limitini tükətməkdədir”.

Prezident Niderland parlamentinin qəbul etdiyi ədalətsiz qərara münasibət bildirdi

18 Noyabr 2020 14:49

"Ermənistanın müharibə zamanı davranışı həm də onların rəhbərliyinin qeyri-insani münasibətini göstərir. Çünki münaqişə zonasından uzaqda yerləşən dinc şəhərlərə Ermənistan ərazisindən ballistik raketlərlə hücum etmək müharibə cinayətidir”.

"Türkiyənin bu fəaliyyəti Rusiya Silahlı Qüvvələrindən daha üstün qiymətləndirilir"

18 Noyabr 2020 14:42

İmzalanan sənəddən sonra burada əks olunan 9 maddədən biri də atəşkəs rejiminə nəzarət edəcək birgə Rusiya-Türkiyə monitorinq mərkəzinin fəaliyyətini nəzərdə tutur.

44 günlük birliyimizi və monolitliyimizi pozmayaq

18 Noyabr 2020 14:20

“Yenə başlandı cəmiyyətimizdə bölünmə, ayrı-ayrı qruplaşmalara ayrılma və bir-birilərini ittiham etmə. Dostlar, unutmayaq ki, bizim 44 gün ərzində heç bir mənəvi dəyər tanımayan ermənilərə qarşı əldə etdiyimiz uğurun ən əsas səbəbi birliyimiz idi”.