Tramp Zelenskini təslim olmağa məcbur edir-Özəl
12:51 Siyasət"ABŞ prezidenti D. Tramp Ukrayna prezidenti V. Zelenskini kapitulyasiya məcbur edir. D. Tramp və V. Putin telefon danışığında Ankoric razılaşmalarına qayıdıb. D. Trampın enerji atəşkəsi elan etməsi təktərəfli olaraq Ukraynaya şamil edib. Rusiya Ukraynanın enerji infrastrukturuna zərbələrini davam etdirir. Göründüyü kimi, D. Tramp Rusiyaya ciddi referanslar edir. Rusiyanın Ukraynada qalib gəlməsi Azərbaycan daxil olmaqla Rusiyanın qonşuları üçün təhdiddir". "Olaylar" xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib: " Qeyd edim ki, V. Zelenski ABŞ təzyiqlərinə boyun əyməyəcək. Ukraynanın müqaviməti davam edəcək. Rusiya tərəfi bundan sonra Ukraynaya qalib gəlmək şansları yoxdur. D. Trampın bu siyasəti noyabrda keçiriləcək kongres seçkilərində respublikacıların məğlub olmasına gətirib çıxara bilər.
Rusiya ilə ticarət sövdələşməsi Cənubi Qafqaza da öz mənfi təsirini göstərə bilər. Xüsusilə, D. Tramp Zəngəzur dəhlizi -TRİP marşurutunda Rusiyaya müəyyən bir iştirak payı verə bilər".