Korrupsiya ilə saxlanılan yüksək vəzifəli şəxslər KİMLƏRDİR?

Xəbər veridyimiz kimi, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bir neçə rayon şöbəsində əməliyyat keçirib. 

Olaylar.az xəbər verir ki, Qafqazinfo.az əməliyyat nəticəsində ittiham verilən şəxslərin adlarını öyrənib.

Bunlar Saatlı rayon şöbəsinin rəis müavini Araz Kərimli, Cəbrayıl rayon şöbəsinin rəis müavinləri - Niyam Mədətsoylu, Şükür Əmrəliyev, Qaradağ rayon şöbəsindən isə Etibar Əliyev və Şamil Alıyevdir.

Sözügedən şəxslərin hər biri Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) və başqa maddələrilə cinayət məsuliyyətinə cəlb ediliblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31