Ulu öndər Azərbaycanın müstəqilliyini qorumaq üçün hər şey etdi - ÖZƏL

"1993-cü ildə xalqın çağırışı ilə hakimiyyətə gəlişi ölkənin sabitlik, nizam və dövlət quruculuğu xəttinə keçidinin başlanğıcı oldu. Bu illər müstəqil dövlətin əsaslarının qoyulduğu mərhələ idi. Yeni Konstitusiyanın qəbulu, Ordu quruculuğunun başlanması, Dövlət institutlarının formalaşdırılması, Neft strategiyasının hazırlanması, Azərbaycanın beynəlxalq aləmdə tanıdılması bu proseslərin hər biri bugünkü dövlətçilik modelinin formalaşmasına təsir göstərən əsas elementlərdir. Bu illər Heydər Əliyevin ən ağır, amma ən şərəfli mübarizə dövrü idi. O, Azərbaycanın müstəqilliyini qorumaq üçün həm siyasi, həm diplomatik, həm də iqtisadi baxımdan böyük işlər gördü". "Olaylar" xəbər verir ki, bunu YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov deyib: "Onun siyasi kimliyi çevik diplomat, sərt idarəçi və təcrübəli dövlət xadimi olması idi. Amma şəxsi keyfiyyətləri də bir o qədər diqqət çəkirdi. Onu tanıyanlar və onunla işləmiş şəxslər tez-tez belə sözlər deyirdilər "Heydər Əliyev heç vaxt tələsmirdi, amma heç vaxt gecikmirdi." "O, danışanda deyilən hər sözün arxasında məsuliyyət var idi." "O, ən çətin qərarları belə sakit və məntiqlə verirdi." İradəli və tələbkar idi özündən də, başqasından da yüksək məsuliyyət tələb edirdi. Detallara diqqətli idi hər şeyi ən xırda məqama qədər öyrənirdi. Sakit, ölçülü danışıq tərzi var idi emosional yox, daha çox analitik. İnsanlarla ünsiyyət qurmaq bacarığı isə sadə və ziyalı zərifliyi ilə seçilən idi.
Ulu Öndər Heydər Əliyevi həm də "dövlətçilik məktəbinin müəllimi" adlandırmaq olar. Çünki o, idarəçiliyi yalnız vəzifə deyil, həm də bir mədəniyyət kimi qəbul edirdi. Tərbiyə, intizam, məsuliyyət, zaman anlayışı, planlılıq  bunların hamısı onun fəaliyyət tərzinin ayrılmaz hissəsi idi".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31