Heydər Əliyev Azərbaycanı uçurumdan xilas etdi- ÖZƏL
13:04 Siyasət"Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan tarixinin ən böyük, ən dahi şəxsiyyətidir. Özəlliklə də onun ikinci dəfə hakimiyyətə qayıtması Azərbaycan Respublikasını uçurumun kənarından xilas etdi.O zaman biz faktiki olaraq dövlətimizi və dövlətçiliyimiz itirmək üzrə idik.Məhz onun təcrübəsi, bacarığı,ümimiyyətlə dövlətçilik işindəki ustalığı Azərbaycanı xilas etdi." Bu fikirləri ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı açıqlama verən siyasi sərhçi Azər Həsrət deyib:" Növbəti anım günündə onu hörmət və rəhmətlə anırıq. Onun Azərbaycan və Azərbaycan xalqı qarşısındakı xidmətlərini yada salırıq. Onun əməlləri Azərbaycanın, Azərbaycanlıların, bütün dünya azərbaycanlılarının xeyrinə, faydasına olub.Belə bir öndərin,belə bir liderimizin olması Azərbaycan üçün bir şans məsələsi idi. Və bizim bəxtimiz onda gətirdi ki, o təhlükəli illərdə Heydər Əliyev Azərbaycana rəhbərlik etdi. Bundan başqa Heydər Əliyevin SSRİ dönəmində Azərbaycana rəhbərlik etməsi bizim üçün əlavə imkanlar demək idi.Həqiqətən də onun rəhbərliyi dövründə milli özünüdərk yüksək səviyyədə təmin edildi. Ruhu şad,məkanı cənnət olsun!"
İbrahim Məmmədli