Böyük Qayıdışın sürətləndirilməsinə əlavə təkan
11:14 Siyasət"Dekabrın 9-da Milli Məclisdə 2026-cı ilin dövlət büdcəsi layihəsi və büdcə zərfinə daxil olan digər qanun layihələri qəbul edildi. 2026-cı ilin dövlət büdcəsinin gəlirləri 38,6 milyard manat, xərcləri 41,7 milyard təşkil edir. 2026-cı ilin dövlət büdcəsinin prioritetlərində ölkəmzin müdafiə qüdrətinin artırılması, təhlükəsizliyimizin təminatlılığının gücləndirilməsi və Böyük Qayıdışın sürətləndirilməsi kimi postmüharibə dövrünün mühüm vəzifə və çağırışları mühüm yer tutur". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Məsimli deyib: "Gələn ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri 8,7 milyard manatdan çoxdur ki, bu da ümumi büdcə xərclərinin 21%-i qədərdir. Bu, Azərbaycanda hərbi sənayenin inkişafın sürətinin artmasına, onun şaxələnməsinin dairəsinin genişlənməsinə, eləcə də hərbi təyinatlı məhsul istehsalının və ixracnın artmasına müsbət təsir edəcək.
2020-ci ildən bəri 2026-cı il də daxil olmaqla büdcədən işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsi üçün 25 milyard manatdan çox vəsait ayrılıb. 2026-cı ildə əlavə 3,5 milyard manat və ya büdcə xərclərinin 8,4 faizi qədər əlavə vəsair yönəldiləcək. Bu, işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin və Böyük Qayıdışın sürətinə əlavə təkan verəcək.
Bununla yanaşı 2026-cı ilin dövlət büdcəsinin xərclərində 17,1 milyard manatı və ya 41,1 faizi sosialyönlü xərclər təşkil edir.Sosialyönlü xərclərə əməyin ödənişi xərcləri,ərzaq məhsullarının alınması, təqaüd və sosial müavinətlər, dərman və sarğı ləvazimatlarının alınması, icbari tibbi sığorta üzrə xərclər və digər sosial dəstək tədbirləri xərcləri daxildir. Həmin vəsaitin daha çox hissəsinin inflyasiyanın "yeminə" yox, məhz öz təyinatına görə, əhalinin güzəranının yaxşılaşmasına, əlavə mal və məhsul alınmasına yönəlməsi üçün ciddi antiinflyasiya tədbirlərinin həyata keçirilməsi çox vacibdir".
Alim