Azərbaycan Şərqlə Qərb arasında körpü rolunu oynayır- ÖZƏL

"Azərbaycanın zəngin qaz yataqları ölkəyə dünya bazarında geniş ixrac imkanları yaradır. Ötən il ilk dəfə olaraq Azərbaycan qazı Slovakiyaya təchiz edilib və ölkənin ehtiyacları istənilən həcmdə qarşılanır. Hazırda qaz ixracımızın ümumi həcmi 25 milyard kubmetr təşkil edir ki, bunun da yarısı Avropa ölkələrinə çatdırılır". "Olaylar" xəbər verir ki, bunu MilliMəclisin deputatı Nurlan Həsənov deyib: "Azərbaycan qazını alan ölkələrin sayı artıq 14-ə çatıb və boru kəmərləri ilə ixrac olunan qazın təchizatçısı kimi lider mövqedəyik. Yeni yataqların işlənməsi nəticəsində əlavə resurslar əldə ediləcək, bu da həm Slovakiyaya, həm də qonşu ölkələrə qaz təchizatının genişləndirilməsini mümkün edir.

Slovakiya ilə müdafiə sənayesi sahəsində əməkdaşlıq imkanları genişdir. Azərbaycan bu əməkdaşlığı sənayenin inkişafı və texnoloji innovasiyalar baxımından dəyərləndirir. Slovakiya texnologiyaları ilə Azərbaycanın maliyyə imkanlarının birləşdirilməsi nəticəsində yeni məhsulların istehsalı dünya bazarları üçün də maraqlı ola bilər. Bu layihələr həm də ölkədə texnoloji inkişafın bir qolu kimi fayda verir. Noyabrın 8-də azadlıq müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş paradda Slovakiyanın Baş nazirinin müavini və müdafiə nazirinin iştirakı əməkdaşlığın dostluq əsaslarını bir daha göstərmiş oldu.

Slovakiyanın uğurlu inkişafı və sabitliyi, eləcə də güclü sənaye potensialı Azərbaycan tərəfdən böyük maraq doğurur. Xüsusilə Slovakiyanın müstəqil xarici siyasət yürütməsi ölkəyə hörmət qazandırır. Bu yanaşma regionda sabitlik və uzunmüddətli əməkdaşlıq üçün əhəmiyyətli amildir. Azərbaycan öz xarici siyasət prioritetlərini müəyyən edib və Şərqlə Qərb arasında körpü rolunu oynayır. İnfrastruktur, nəqliyyat və logistika sahələrinə qoyulan sərmayələr Azərbaycan ərazisini Şərq-Qərb nəqliyyat dəhlizinin etibarlı və təhlükəsiz hissəsinə çevirir".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31