Azərbaycanın logistika mərkəzi kimi əhəmiyyəti daha da artır - ÖZƏL
11:00 Siyasət"Azərbaycan-Slovakiya münasibətləri son illərdə sürətli inkişaf edərək yeni strateji tərəfdaşlıq mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyevin Bratislavaya rəsmi səfəri iki ölkə arasında həm siyasi dialoqun dərinləşdirilməsi, həm də iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi baxımından olduqca önəmlidir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Anar Məmmədov deyib: "Səfər çərçivəsində dövlət başçılarının mətbuata birgə bəyanatları, təkbətək və geniş tərkibdə görüşləri çərçivəsində müzakirə olunan məsələlər, səsləndirilən fikirlər strateji tərəfdaş olan Azərbaycan və Slovakiya əməkdaşlıq əlaqələrinin yüksələn xətlə inkişaf edəcəyini təsdiqlədi.
Slovakiya və Azərbaycan arasında əlaqələr, sözün əsl mənasında qarşılıqlı etimad və dostluq prinsiplərinə əsaslanır və iki ölkə arasında imzalanan Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə bu münasibətləri yüksək səviyyəyə çatdırmışdır. Bu gün birgə iqtisadi işçi qrupunun fəaliyyəti genişlənir, müxtəlif sahələr üzrə müştərək komandalar ardıcıl şəkildə layihələr üzərində çalışır. Slovakiya Azərbaycanı Cənubi Qafqazın ən etibarlı tərəfdaşı kimi qəbul edir və əməkdaşlığın dərinləşdirilməsi qarşılıqlı marağa, qarşılıqlı etimada əsaslanır. Bu baxımdan Slovakiya Prezidentinin "gələcəkdə daha sıx əməkdaşlıq edəcəyik" mesajı da yalnız siyasi jest deyil, həm də real iqtisadi və təhlükəsizlik perspektivlərinin konkret ifadəsidir. Bratislavada keçirilən görüş göstərdi ki, iki ölkə arasında strateji tərəfdaşlıq kağız üzərində deyil, praktik və davamlı məzmunla zənginləşir və bu dinamik inkişaf regionda sabitlik və əməkdaşlıq mühitinin güclənməsinə xidmət edir.
Prezident İlham Əliyevin Slovakiyaya səfəri zamanı aparılan müzakirələr enerji təhlükəsizliyi gündəmini xüsusi ön plana çıxardı. Enerji əməkdaşlığı Azərbaycan-Slovakiya münasibətlərinin əsasını təşkil edir. Slovakiyanın Avropa İttifaqının mühüm üzvü, Azərbaycanın isə Cənubi Qafqazın əsas enerji və logistika mərkəzi kimi mövqeyi bu dialoqun əhəmiyyətini daha da artırır".
Alim