Hikmət Hacıyev Mixail Qaluzinlə regional və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi aparıb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinlə görüşüb.

Olaylar xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidentinin köməkçisi "X" sosial şəbəkə səhifəsində paylaşım edib.

Görüş zamanı ikitərəfli, regional və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31