Edi Rama Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqlarını şərh edib

Azərbaycan və Ermənistan arasında gedən sülh prosesindəki irəliləyiş məhz dövlət başçılarının güclü liderlikləri hesabına mümkün olub.

Olaylar.az bildirir ki, Trend-in Danimarkaya ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Albaniyanın Baş naziri Edi Rama bildirib.

"Biz bu irəliləyişi bir müddət gözlədik. O, hər iki dövlətin qətiyyətli rəhbərliyinin olması hesabına, eləcədə Birləşmiş Ştatlar Prezidentinin son təkanı sayəsində baş verdi. Biz buna görə onun haqqını verməliyik - bu həqiqətən mühüm bir nailiyyətdir", - deyə baş nazir bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31