Azərbaycan Moldovanın torpaq bütünlüyü məsələsində həmişə öz prinsipial mövqeyi ilə fərqlənib- ÖZƏL
2 Oktyabr 11:00 Siyasət"Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısında iştirak üçün Danimarkada işgüzar səfərdə olan cənab İlham Əliyevin eyni məqsədlə ora gələn Moldova Prezidenti Maya Sandu ilə görüşərkən ölkəsində sentyabrın 28-də keçirilən parlament seçkisində partiyasının qələbə qazanmasıyla bağlı onu təbrik etməsi fikrimcə, təkcə diplomatik etiket deyildi, həm də burada nəticədən açıq məmnunluq və dəstək sərgilənirdi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib: "Görüşün üzərində işğaldan qurtarılmış Kəlbəcərin isti suyu, eyni zamanda sirab və badamlı olan stol araxasında keçirilməsində də mən bir rəmzlik gördüm. Xanım Sandunun cənab Prezidentə enerjiyə ehtiyac duyduqları zaman Azərbaycanın etdiyi köməyi yüksək qiymətləndirdiklərini bildirməsi isə məncə, ölkəsində keçirilən parlament seçkisində arzuolunmaz mənzərənin yaranmamasında dövlətimizin də müəyyən rol oynadığını vurğulamaq üçün idi.
Burada onu deyim ki, biz heç nəyi unutmuruq. O sıradan 2022-ci ilin noyabrında Tunisdə keçirilən Frankofoniya sammitində Moldovanın Rumıniya və Albaniya ilə birgə Fransanın Azərbaycan əleyhinə qətnaməsinin qəbuluna imkan verməməsini də. Moldovada da gözəl bilirlər ki, o ölkənin torpaq bütünlüyü məsələsində Azərbaycan həmişə öz prinsipial mövqeyi ilə fərqlənib. Azərbaycan-Moldova parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olaraq ümid edirəm ki, orada gedən proseslər bu dost ölkədə də separatizm ocağının söndürülməsi ilə nəticələnəcək".