Prezident İlham Əliyev: Bir çox ölkələrin enerji təhlükəsizliyinə öz töhfəmizi vermişik
30 Sentyabr 2025 19:40 SiyasətEnergetika sahəsində (İtaliya ilə - red.) bir çox önəmli layihələr icra edilmişdir. Xüsusilə Azərbaycan neftini və qazını İtaliyaya ixrac etməklə biz dünya bazarlarına geniş həcmdə öz təbii resurslarımızı göndərə bilmişik.
Olaylar xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarella ilə mətbuata bəyanatında söyləyib.
"Eyni zamanda, bir çox ölkələrin enerji təhlükəsizliyinə də öz töhfəmizi vermişik", - deyə dövlətimizin başçısı diqqətə çatdırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31