Avropa yönümlü qüvvələrin qələbəsi- ÖZƏL

"Prezident Maya Sandunun təsis etdiyi "Fəaliyyət və Həmrəylik Partiyası" (PAS) 47,83% səs toplayaraq açıq fərqlə birinci yerdədir. Bu nəticə həm Sandunun şəxsi nüfuzunu, həm də Moldovanın Avropa İttifaqına inteqrasiya yolunda ardıcıl siyasətini dəstəkləyən elektoratın gücünü göstərir". "Olaylar" xəbər verir ki, bunu Vətəndaş Həmrəyliyi Partiyası sədrinin müavini Samir Əsədli deyib: "İkinci yerdə sosialistlərin liderlik etdiyi və Rusiyapərəst qüvvələrin birləşdiyi "Vətənpərvər blok" qərarlaşıb- 25,75%. Bu, əvvəlki seçkilərlə müqayisədə ciddi geriləmə hesab olunur.
Digər partiyalar isə səslərin daha kiçik faizlərini bölüşdülər: Avropayönümlü "Alternativ" bloku -8,41%, Renato Usatının "Bizim Partiya"sı - 6,27% və "Demokratiya evdədir" Partiyası - 6,28%
Moldova uzun illərdir Avropa ilə Rusiya arasında sıxılmış vəziyyətdə qalır. Cəmiyyətin bir hissəsi Avropa ilə inteqrasiya istəyirsə, digər hissəsi Rusiyanın təsirindən çıxmağa tərəddüd edir. Lakin bu seçkilər göstərdi ki, Moldovanın çoxluğu Avropa ilə birləşmək, illərlə ayrı düşdükləri "qardaşlarına qovuşmaq" istəyindədir.
Bu seçkilərin nəticəsi təkcə daxili siyasət üçün deyil, həm də region üçün əhəmiyyətlidir. Çünki Moldova artıq daha qətiyyətli şəkildə Avropa ailəsinə doğru irəliləyir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31