Ermənistan Təhlükəsizlik Xidmətinin direktoru Bakıya niyə gəlib? - Qriqoryandan cavab

Jurnalistlər İrəvanda Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Andranik Simonyanın Bakıya səfəri ilə bağlı Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryandan şərh almağa çalışıblar.

Olaylar.az xəbər verir ki, o, suala qısa cavab verib.

"Milli Təhlükəsizlik Xidməti press-reliz yayıb, bundan başqa heç nə deyə bilmərəm", - Qriqoryan qeyd edib.

Ermənistanın hakim "Vətəndaş Müqaviləsi" Partiyasının deputatı Armen Xaçaturyan da jurnalistlərə eyni cavabı verib:

"Onun Bakıda gündəminin nə olduğunu və hansı məsələləri qaldıracağını deyə bilmərəm".

Xatırladaq ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Andranik Simonyanın rəhbərlik etdiyi nümayəndə heyəti dünən axşam Azərbaycanın paytaxtına gəlib.

Ermənistan nümayəndə heyəti sentyabrın 19-dan 21-dək Bakıda keçiriləcək üçüncü beynəlxalq təhlükəsizlik forumunda iştirak edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31