Dünyada elə bir dövlət başçısı yoxdur ki, sadə vətəndaşlarla bu gədər səmimi ünsiyyət qursun- ÖZƏL

"2023-cü ildə antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini tam bərpa etdi. Bununla da yenidənqurma işləri bütün Qarabağ və Şərqi Zəngəzuru əhatə etmiş oldu. Məhz aparılan bu sürətli quruculuq işlərinin nəticəsidir ki, artıq minlərlə soydaşımız öz doğma yurd yerlərinə dönüblər və bu proses sürətlə davam edir". "Olaylar" xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Kamilə Əliyeva deyib: "Dövlətimizin başçısı öz doğma yurd yerlərinə dönən soydaşlarımızla görüşür və onlarla çox səmimi söhbət edir. Əminliklə deyə bilərəm ki, dünyada elə bir dövlət başçısı yoxdur ki, sadə vətəndaşları ilə bu gədər yaxın və səmimi ünsiyyət qursun. Bu, Prezident İlham Əliyevin öz xalqına olan sevgisindən irəli gəlir.
14-15 sentyabr tarixlərində dövlətimizin başçısı Füzuli rayonunun Qaraxanbəyli kəndinin təməlini qoydu, Hadrud qəsəbəsində inşa edilmiş məscidin açılışını etdi. Xocavənd rayonunun Qırmızı Bazar, Hadrud qəsəbəsinin Sos kəndinin, Xocalının Şuşakənd, Seyidbəyli, Badara və Daşbulaq kəndinə köçən sakinlərlə görüşdü. Görüşdə iştirak edən istər yaşlı, istərsə də gənc nəslin hər bir nümayəndəsi ölkə başçımıza olan böyük sevgisini dilə gətirdi. Bu insanların hər birinin üzündən sevinc yağırdı. Bu görüşlərdə bir daha şahid olduq ki, xalqımız öz liderinə inanır, güvənir və onun həyata keçirdiyi daxili və xarici siyasəti ürəkdən dəstəkləyir. Prezidentimiz hər zaman Azərbaycan xalqının milli maraqlarını uca tutub. Cənab İlham Əliyev bütün dünyaya xalqımızın nə qədər döyüşkən, təcavüzə baş əyməyən, həm də sülhsevər olduğunu göstərdi. Dövlətimizin başçısı ölkəmizin sülh tərəfdarı olduğunu bəyan etdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31