BMT İsrailin Dohaya hücumunu pislədi

BMT-nin Baş katibi Antonio Quterreş İsrailin HƏMAS-ın Dohadakı qərargahına hücumunu pisləyib.

Axar.az xəbər verir ki, Quterreş BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında mətbuat konfransında jurnalistlərə açıqlamasında bu barədə danışıb.

"Biz İsrailin Qətərə hücumları haqqında yenicə öyrənirik. Bu ölkə atəşkəs və bütün girovların azad edilməsində çox müsbət rol oynayır. Mən Qətərin suverenliyi və ərazi bütövlüyünün belə kobud şəkildə pozulmasını pisləyirəm. Bütün tərəflər daimi atəşkəsə nail olmaq üçün çalışmalıdır", - deyə Quterreş bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31