Dugindən şok: Müharibə ilə Rusiya özünü bərpa edir!

"Xüsusi hərbi əməliyyatın" (Ukraynaya hərbi müdaxilə - red.) daxili məqsədlərinin əhəmiyyətli hissəsi artıq həyata keçirilib və Rusiya Qərblə müqayisədə özünü kökündən fərqli cəmiyyət kimi dərk edir.

Axar.az xəbər verir ki, bunu rusiyalı filosof, politoloq və sosioloq Aleksandr Dugin deyib.

"Biz faktiki olaraq bərpa prosesinə başlamışıq. Biz özümüzə qayıtmışıq. Xüsusi hərbi əməliyyatın daxili məqsədlərinin əhəmiyyətli hissəsinə nail olunub. Bu, artıq özünü müstəqil dövlət-sivilizasiya, Qərbdən tamamilə fərqli cəmiyyət kimi görən Rusiyadır", - politoloq bildirib.

Dugin vurğulayıb ki, Rusiya çoxqütblü dünyaya "iddia edir" və kollektiv Qərbin təzyiqlərinə baxmayaraq, öz suverenliyini qorumağa qadirdir. Filosofun fikrincə, cəmiyyət daxilində baş verən dəyişikliklər tarixi xarakter daşıyır və ölkənin düzgün istiqamətdə hərəkətini əks etdirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31