2026 Ermənistan seçkiləri Qərb-Rusiya rəqabətinə çevrilirmi? - ÖZƏL
16:44 SiyasətAvropa İttifaqı 2026-cı il Ermənistanda keçiriləcək parlament seçkilərinə "ProElect" layihəsi ilə hazırlaşır və QHT-lərə, KİV-lərə, LGBT təşkilatlarına dəstək verəcək. Layihənin məqsədi rəsmi olaraq demokratiyaya dəstək göstərmək olsa da, Aİ Paşinyanın qalib gəlməsini təşviq edir. Eyni zamanda Rusiya da təsir göstərməyə çalışır, lakin nüfuzu əvvəlki kimi deyil və seçkilər Qərb-Rusiya rəqabətinə çevrilir.
Mövzu ilə bağlı politoloq İlyas Hüseynov Olaylar.az-a açıqlama verib:
" Ermənistanda yaxınlaşan parlament seçkiləri ərəfəsində Ermənistana təsiri artırmaq üçün bir sıra geosiyasi mərkəzlər hərəkətə keçiblər. Bu da Ermənistan üzərində nəzarəti formalaşdırmaq üçün bu geosiyasi mərkəzlərin hədəflərini müəyyənləşdirir və artıq Avropa İttifaqı hakim komandaya dəstək vermək üçün bir sıra təşəbbüslər icra edir, müxtəlif mexanizmlər işə salınır və layihələr həyata keçirilir. Bu baxımdan düşünürəm ki, 2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkiləri həm də geosiyasi qarşıdurmanı ortaya qoyacaq və Avropa İttifaqı eləcə də qərb sistemi ilə, qərb dünyası ilə Rusiya arasında geosiyasi savaş gedəcək. Əvvəlki dövrlərdə də belə bir mübarizə mövcud olub. Lakin seçki həm də ölkənin gələcəyi ilə bağlı mühüm mərhələ olduğundan Brüssel və Moskva burada çox fəallıq göstərirlər və aydındır ki, seçkilər mövzusunda Avropa İttifaqının daha çox təcrübəsi var. Seçki metodu, sosial şəbəkələr, hibrid mexanizmlər və strategiyalar formalaşdırılacaq və çalışacaqlar ki, hakim parlamentlər daha çox diqqət mərkəzində saxlasınlar. Bununla Nikol Paşinyanın yenidən seçilməsi mümkün olsun".
Zeynəb Mustafazadə