Vaşinqton razılaşmaları İlham Əliyevin diplomatiyasının təntənəsidir

"Vaşinqtonda imzalanmış razılaşmalar uğurlu tarixmizin yeni bir səhifəsidir və yaratdığımız reallığın beynəlxalq ictimaiyyəti tərəfindən təsdiq olunmasıdır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində keçirilən "Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi" mövzusunda xüsusi iclasda Milli Məclisin deputatı Azər Badamov deyib: "Vaşinqton görüşü çərçivəsində imzalanmış sənədlər ədalətin bərpası, tələblərimizin qəbul edilməsi və sülh sazişinin paraflaması ilə yeni bir uğur tariximizdir. Vaşinqtonda əldə olunmuş razılaşmalar həqiqətən Prezident İlham Əliyevin diplomatiyasının və müdrik liderliyinin təntənəsidir. Dövlət başçımızın rəhbərliyi altında xalqımız sülh və firavanlıq içində yaşayacaq, Cənubi Qafqaz isə münaqişələri arxada qoyan əməkdaşlıq regionuna çevriləcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31