Vaşinqton razılaşması beynəlxalq hüquqi əsasların qeyd-şərtsiz təsdiqidir

"Sülh sazişinin mətnini paraflamaqla Ermənistan sazişin mətniylə razı olduğunu ABŞ-ın iştirakı ilə qəbul etdi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində keçirilən "Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi" mövzusunda xüsusi iclasda Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov deyib: "Bu sənəd beynəlxalq hüquqi əsasların qeyd-şərtsiz təsdiqidir. İmzalanan bəyannamədə Naxçıvanla manəsiz keçidin təmini üçün razılıq əldə edilməsi çox mühüm əhəmiyyətə malikdir. Beləliklə Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsindən sonra qarşıya qoyduğu daha bir milli məqsəd həyata keçirildi. Azərbaycan və ABŞ arasında qarşılıqlı maraq kəsb edən sahələrdə strateji tərəfdaşlıq güclənəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31