Vaşiqnton görüşündə beynəlxalq münasibətlərdə ədalətli yanaşmanın təməli qoyuldu
13:51 Siyasət"Bir vaxtlar Qərb bizi dəyişdirməyə, Donald Trampı isə siyasi səhnədən uzaqlaşdırmağa çalışırdı. İndi onlar birləşərək Qərbi dəyişdirir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində keçirilən "Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi" mövzusunda xüsusi iclasda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib: "Vaşiqnton görüşündə beynəlxalq münasibətlərdə ədalətli yanaşmanın təməli qoyuldu. Vaşinqtonda keçirilən görüşlərdə əldə olunan razılaşmalar Prezident İlham Əliyevin müdrik diplomatik siyasətinin təntənəsidir. Bu görüş eyni zamanda sülhün də təntənəsidir. 19 iyun 2025-ci ildə Türkiyənin Kahramanmaraş şəhərində İlham Əliyev Qarabağ fatehi kimi qarşılandı, biz artıq İlham Əliyevə "Sülh fatehi" deyə bilirik".