Zəngəzur dəhlizi(TRİPP) Ermənistan üçün fürsətdir

"Vaşinqton razılaşmalarının Konstitusiya və suverenlik ilində baş tutması rəmzi məna daşıyır". "Olaylar"  xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində keçirilən "Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi" mövzusunda xüsusi iclasda parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.
Əli Hüseynli bildirib ki, Azərbaycan-Ermənistan münaqişəsində maraqlı xarici qüvvələr də olub: "Yeni nəqliyyat və enerji yollarının açılması regionun inkişafına böyük töhfələr verəcək. İkinci adı "Tramp marşrutu" olan Zəngəzur dəhlizi Ermənistan üçün də fürsətdir, onu tranzit ölkəyə çevirə bilər. Təbii ki, sülh müqaviləsinin rəsmən imzalanmamasının əsas səbəbi Ermənistan Konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddialarıdır. Heç şübhəsiz ki, bu aradan qaldırılandan sonra rəsmən sülh sazişli imzalanacaq. Əminəm ki, Azərbaycan parlamentində bundan sonra sülh sazişinin də ratifikasiyası iclasına şahidlik edəcəyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31