Azərbaycan ABŞ-nin Avropadakı tərəfdaşlarının enerji təhlükəsizliyinin xüsusi töhfə verir
12:55 Siyasət"On dörd ölkəyə mavi qaz nəql edən Azərbaycan ABŞ-nin Avropadakı tərəfdaşlarının enerji təhlükəsizliyinin güclənməsinə xüsusi töhfə verir. Bu, Prezident İlham Əliyevin siyasi təmkini, beynəlxlaq arenada böyük nüfuzu, hərb meydanında qəbul etdiyi cəsarətli qərarlar sayəsində mümkün olub". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin növbədənkənar sessiyası çərçivəsində keçirilən "Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi" mövzusuna həsr edilmiş xüsusi iclasındakı çıxışında deyib: "Vaşinqtonda imzalanan sənədlər Azərbaycan-ABŞ əlaqələri üçün böyük perspektivlər açır. Siyasi və strateji əməkdaşlıqla yanaşı, Azərbaycan-ABŞ münasibətləri enerji, ticarət və tranzitin də daxil olduğu regional kommunikasiyalar, süni intelekt və rəqəmsal infrasturukturun da daxil olduğu iqtisadi sərmayə istiqamətində də inkişaf etdiriləcək. Enerji sahəsində əməkdaşlıq ABŞ-nin mütəffiqlərinin Azərbaycan qazı hesabına öz enerji təhlükəsizliklərini daha da gücləndirməsinə imkan yaradacaq. On dörd ölkəyə mavi qaz nəql edən Azərbaycan ABŞ-nin Avropadakı tərəfdaşlarının enerji təhlükəsizliyinin güclənməsinə xüsusi töhfə verir".
Deputat bildirib ki, ABŞ ilə strateji əməkdaşlıq qeyri-neft sektoruna daha çox texnologiya və innovasiyaların cəlb edilməsinə imkan yaradacaq: "Belə bir əməkdaşlıq Azərbaycanda iqtisadi diversifikasiya ilə bağlı hədəflərin reallaşmasına da dəstək olacaq. ABŞ-Azərbaycan strateji tərəfdaşlığı Amerika texnologiyasının və sərmayəsinin ölkəmizə gəlməsi, ABŞ-nin iqtisadi fəallığı deməkdir".