Zəngəzur dəhlizinin hazır olacağı tarix bilindi

Zəngəzur dəhlizinin Azərbaycan ərazisində tikintisi işlərinin gələn il tamamlanması nəzərdə tutulur.

Olaylar.az xəbər verir ki, bunu Abşeron Logistika Terminalında Çinin Cijang əyalətindən göndərilən növbəti blok qatarın qəbuluna həsr olunmuş tədbirdə çıxışı zamanı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev deyib.

Nazirlik rəsmisi bildirib ki, Zəngəzur dəhlizinin açılması istiqamətində böyük uğur əldə olunub. Dəhliz Azərbaycanın nəqliyyat sisteminin mühüm halqasına çevrilərək, həm şərq-qərb, həm də şimal-cənub istiqamətlərində tranzit daşımalarının artırılmasına imkan verəcək. Azərbaycan ərazisində dəhlizin tikinti işlərinin gələn il tamamlanması nəzərdə tutulur.

Onun sözlərinə görə, paralel olaraq Türkiyədə də bu istiqamətdə layihələr icra olunur: "Qars-Dilucu xəttinin 224 km-lik hissəsinin təməli qoyulub və yaxın 4 ildə tam başa çatdırılacaq. Zəngəzurdəhlizinin istismara verilməsi ilə Orta Dəhliz üzrə illik əlavə 15 milyon ton yükdaşımaya nail olunacaq".

Nazirlik rəsmisi əlavə edib ki, ötən il Çindən Avropaistiqamətinə 358 blok qatar yola salınıb, bu isə Azərbaycanın tranzit imkanlarının artdığını və ölkədə aparılan infrastruktur islahatlarının real nəticələr verdiyini göstərir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31